Əhalinin xarici valyutada olan bank əmanətləri 15,8% artıb

2022-ci ilin yanvar-martında Azərbaycanda əhalinin bank əmanətləri (özünüməşğulluq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri də daxil olmaqla) 12,2% artaraq 10 milyard 372 milyon manata çatıb. Bu barədə Mərkəzi Bank (AMB) məlumat verib.
AMB-nin məlumatına görə, əhalinin xarici valyutada olan bank əmanətləri 15,8% artaraq 4 milyard 387,1 milyon manata çatıb. Bu da əhalinin bütün əmanətlərinin 42,3 faizini təşkil edib. 2021-ci ilin sonuna xarici valyutada əmanətlərin xüsusi çəkisi 41% olub.
Əhalinin milli valyutada əmanətlərinin həcmi 9,8 faiz artaraq 5 milyard 984,9 milyon manata çatıb ki, bu da bütün əmanətlərin 57,7%-i təşkil edib.
Rezidentlərin bank depozitlərinin həcmi 9 milyard 649,5 milyon manat, qeyri-rezidentlərin isə 722,5 milyon manat təşkil edib. 2022-ci ilin birinci rübündə rezidentlərin əmanətləri 7,9%, qeyri-rezidentlərin əmanətləri 2,4 dəfə artıb.
Ümumilikdə, 2022-ci il martın 31-nə Azərbaycanda banklardakı əmanət və əmanətlərin həcmi ilk dəfə olaraq 30 milyard manatı keçərək 30 milyard 508,5 milyon manat təşkil edib . Bu da 2021-ci ilin sonuna olan göstəricidən 5,1% çoxdur.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 