Azərbaycan sahibkarların maliyyə resurslarına çıxışını sadələşdirir

Azərbaycan hökuməti sahibkarların maliyyə resurslarına çıxışını sadələşdirmək üçün təkliflər hazırlayır. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"Azərbaycan hökuməti hazırda maliyyə-bank sistemində yeni yanaşma üzərində işləyir. Biz sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdırmaq üçün müvafiq strukturlarla işləyirik”, - Cabbarov bazar ertəsi "İqtisadi inkişafda sahibkarlığın rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
Nazir əlavə edib ki, Azərbaycanda demoqrafiyanın inkişafını nəzərə alaraq hər il 100 minə qədər yeni iş yerinin yaradılması lazımdır.
Azərbaycanın iqtisadiyyat naziri həmçinin hesab edir ki, hökumətin vəzifələrindən biri yerli şirkətləri dövlət satınalmaları sahəsində büdcə təşkilatlarına və dövlət şirkətlərinə xidmət göstərmək üçün cəlb etməkdir.
"Hazırda qarşıda duran vəzifələrdən biri büdcə təşkilatlarının və dövlət şirkətlərinin yaradılması və istiqamətləndirilməsidir ki, yerli şirkətləri xidmət göstərməyə cəlb etsin və onlardan alış-veriş həyata keçirsin. Bu halda söhbət təkcə yerli kapitala malik olan şirkətlərdən deyil, həm də birgə müəssisələrdən gedir. Amma təbii ki, daha yaxşı olardı ki, milli kapitala malik şirkətlər cəlb olunsun”, - Cabbarov bildirib.
Nazir qeyd edib ki, Azərbaycanda bu istiqamətdə bir sıra imkanların əldən verildiyi heç kimə sirr deyil. Onun sözlərinə görə, yaxın vaxtlarda bu istiqamətdə yeni təşəbbüsə start veriləcək.
"Bu təşəbbüsün flaqmanı ən böyük şirkət - SOCAR olacaq. Hazırda şirkətin təchizat zənciri, avadanlıqları və əmlakı qiymətləndirilir. Bu işlər ölkə prezidentinin tapşırığı ilə həyata keçirilir”, - Cabbarov bildirib.
O qeyd edib ki, bu prosesin əsas məqsədi yerli şirkətlərin iqtisadiyyatın inkişafına töhfəsini artırmaqdır.
www.anews.az

O, həmçinin qeyd edib ki, artıq ikinci ildir ki, qeyri-neft ixracının artım tempi 40% təşkil edir.
"Bu, ixracın iki dəfə artması deməkdir. Amma təbii ki, biz bu cür artım templərini hər zaman saxlaya bilməyəcəyik. Eyni zamanda, bunun arxasında yeni şirkətlərin açılması, yeni bazarlara çıxması, gömrük orqanlarının işinin təkmilləşdirilməsi və s. dayanır”, - deyə nazir bildirib.
Cabbarov həmçinin yerli iş adamlarını Azərbaycan iqtisadiyyatına investisiya qoymağa çağırıb.
"Bir neçə il əvvəl yerli sahibkarların Azərbaycanla müqayisədə qonşu ölkələrin iqtisadiyyatına sərmayə qoymaqla daha çox üstünlük əldə etdikləri barədə açıqlamaları eşidilirdi. Hesab edirəm ki, indi deyə bilərik ki, ölkə iqtisadiyyatına qoyulan investisiyalar heç də az üstünlüklər vermir və qonşu ölkələrlə müqayisədə bu, daha sərfəlidir”, - o vurğulayıb.
Nazir əlavə edib ki, Azərbaycanda demoqrafiyanın inkişafını nəzərə alaraq hər il 100 minə qədər yeni iş yerinin yaradılması lazımdır.
Azərbaycanın iqtisadiyyat naziri həmçinin hesab edir ki, hökumətin vəzifələrindən biri yerli şirkətləri dövlət satınalmaları sahəsində büdcə təşkilatlarına və dövlət şirkətlərinə xidmət göstərmək üçün cəlb etməkdir.
"Hazırda qarşıda duran vəzifələrdən biri büdcə təşkilatlarının və dövlət şirkətlərinin yaradılması və istiqamətləndirilməsidir ki, yerli şirkətləri xidmət göstərməyə cəlb etsin və onlardan alış-veriş həyata keçirsin. Bu halda söhbət təkcə yerli kapitala malik olan şirkətlərdən deyil, həm də birgə müəssisələrdən gedir. Amma təbii ki, daha yaxşı olardı ki, milli kapitala malik şirkətlər cəlb olunsun”, - Cabbarov bildirib.
Nazir qeyd edib ki, Azərbaycanda bu istiqamətdə bir sıra imkanların əldən verildiyi heç kimə sirr deyil. Onun sözlərinə görə, yaxın vaxtlarda bu istiqamətdə yeni təşəbbüsə start veriləcək.
"Bu təşəbbüsün flaqmanı ən böyük şirkət - SOCAR olacaq. Hazırda şirkətin təchizat zənciri, avadanlıqları və əmlakı qiymətləndirilir. Bu işlər ölkə prezidentinin tapşırığı ilə həyata keçirilir”, - Cabbarov bildirib.
O qeyd edib ki, bu prosesin əsas məqsədi yerli şirkətlərin iqtisadiyyatın inkişafına töhfəsini artırmaqdır.
"Lakin bu, təkcə SOCAR-a deyil, bütün büdcə təşkilatlarına və dövlət şirkətlərinə də aiddir. İnanıram ki, bu, ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək, yeni şirkətlərin və yeni iş yerlərinin açılmasına töhfə verəcək”, - iqtisadiyyat naziri əlavə edib.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox 