• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Sabah bəzi rayonların qaz təchizatında fasilə yaranacaq

Sabah bəzi rayonların qaz təchizatında fasilə yaranacaq
25.04.2022 17:01
Sabahdan bəzi rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, aprelin 26-29-da dörd gün müddətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında, Bakı-Quba-Rusiya Federasiyası ilə Dövlət sərhədi yeni avtomobil yolunda "Qaz İxrac” İdarəsinə məxsus "Mozdok-Qazıməmməd” magistral qaz kəmərində tikinti quraşdırma işlərinin yerinə yetirilməsi və yenidən qurulan boru kəməri hissəsinin mövcud magistral qaz kəmərinə birləşdirilməsi məqsədilə qazın nəqli dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Quba rayonunun tam olaraq, Xaçmaz rayonu üzrə Xaçmaz şəhəri daxil olmaqla, 65 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. İşin gedişatından asılı olaraq, həmçinin aprelin 29-da Qusar rayonunun tam olaraq, Xaçmaz rayonu üzrə isə qalan 2 qəsəbə və 45 kəndin qaz təchizatının məhdudlaşdırılması ehtimalı mövcuddur.

"Azəriqaz” müvəqqəti narahatlığa görə üzr istəyir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol