• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

SOCAR mayın əvvəlində istiqraz sahiblərinə ikinci faiz ödənişi edəcək

SOCAR mayın əvvəlində istiqraz sahiblərinə ikinci faiz ödənişi  edəcək
26.04.2022 21:16
Mayın 4-də SOCAR 2021-ci ilin noyabrında  100 milyon ABŞ dolları həcmində yerləşdirilmiş SOCAR istiqrazlarının sahiblərinə faizlər üzrə 1,125 milyon ABŞ dolları məbləğində ikinci ödəniş edəcək. Bu barədə SOCAR Capital məlumat verib. 

"SOCAR-2026 istiqrazlarının sahiblərinə mayın ilk həftəsində 1,125 milyon ABŞ dolları məbləğində faiz ödəniləcək və bu vəsait istiqraz sahiblərinin bank hesablarına köçürüləcəkdir. Beləliklə, investorlara faizlər üzrə ödənilən ümumi məbləğ 2,25 milyon dollar təşkil edəcək”, - məlumatda deyilir.

Şirkətdən onu da bildirdilər ki,  SOCAR istiqrazlarının sahiblərinə qalan 18 ödəniş üzrə ümumilikdə 20,25 milyon dollar ödəniləcək.

 2021-ci il noyabrın 1-də Bakı Fond Birjasında SOCAR-ın AZ2002019894 dövlət qeydiyyat nömrəli, 5 il tədavül müddətli, 100 milyon ABŞ dolları məbləğində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac başa çatıb.  Təqdim edilmiş sifarişlərin həcmi 380,614 milyon dollar təşkil edib, kupon dərəcəsi 4,5% olub. Bu istiqrazlar üzrə faizlər rübdə bir dəfə ödəniləcək.

Emissiya nominal dəyəri 1000 ABŞ dolları olan 100 000 istiqraza bölünüb.

Noyabrın 2-də BFB-nin ticarət platforması vasitəsilə SOCAR istiqrazları təkrar bazarda yerləşdirilib.

 SOCAR istiqrazların yerləşdirilməsindən əldə edilən vəsaitin Bakı Neft Emalı Zavodunun yenidən qurulması, Karbamid zavodunun tikintisi kimi layihələr üzrə  öhdəliklərin maliyyələşdirilməsinə sərf etməyi planlaşdırılıb.

SOCAR 2016-cı ilin sentyabrında daxili bazarda 100 milyon ABŞ dolları məbləğindəbeşillik istiqrazların ilk emissiyasını həyata keçirib. Şirkətin istiqrazları üçün müraciətlər 203,4 milyon dolları keçib.Bu qiymətli kağızların ödəmə müddəti 2021-ci il oktyabrın 18-də başa çatıb. İstiqraz sahibləri cəmi 25 milyon dollar gəlir əldə edib.

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol