Neft bahalaşır

Bu gün axşam dünya bazarında neft qiymətləri aktiv şəkildə yüksəlməyə başlayıb. Treyderlər ABŞ-da yanacaq ehtiyatları haqqında məlumatın verilməsini gözləyir və Çində koronavirusla bağlı vəziyyəti qiymətləndirməyə çalışırlar.
Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçersləri bu gün axşam 2,36 dollar (2,31%) bahalaşaraq 1 barrel üçün 104,68 dollar təşkil edib.
Nyu-York əmtəə birjasında (NYMEX) həyata keçirilən elektron hərraclarda iyun üçün WTI neftinin fyuçers müqaviləsinin dəyəri 2,45 dollar (2,49%) artaraq 1 barelə üçün 100,99 dollara qədər yüksəlib.
Koronavirus epidemiyası səbəbindən həyata keçirilən qapanmaların davam etdiyi Çində neftə tələbatım azalması ilə bağlı qorxulu gözləntilər özünü doğrultmadı. Buna səbəb ölkənin mərkəzi bankının Çinin maliyyə sistemində kifayət qədər likvidlik təmin edəcəyinə dair söz verməsi oldu.
Çərşənbə günü ABŞ-yanacaq ehtiyatlarında son bir həftə ərzində hansı dəyişikliklərinmüşahidə olunması ilə bağlı rəsmi məlumatları açıqlayacaq.
Trading Economics-in sorğusunda iştirak edən analitiklər neft ehtiyatlarının 2,17 milyon barel, benzin ehtiyatlarının isə 483 min barel artdığını proqnozlaşdırırlar.
Federal Ehtiyatlar Sisteminin (FED) sərtləşdirdiyi pul siyasəti nəticəsində dolların durmadan bahalaşması da neft bazarına əlavə təzyiq göstərir.
N.Təbrizli
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 