• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Azərbaycan sığorta şirkətləri sığorta haqlarını artırıb

Azərbaycan sığorta şirkətləri sığorta haqlarını artırıb
26.04.2022 21:55
2022-ci ilin yanvar-martında  Azərbaycan sığorta şirkətlərinin  ümumi sığorta haqları 258 milyon 425 min manat təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,8% çoxdur.Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib. 

Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 193 milyon 989,1 min manat (24,6% çox) və ya bazardakı bütün sığorta haqlarının 75,1%-i təşkil edib. Bununla yanaşı, həyat sığortası üzrə sığorta haqqı 88 milyon 124,6 min manat ( 63,5% çox), həyat sığortasından başqa sığorta üzrə 105 milyon 864,5 min manat (4% çox) təşkil edib.

İcbari sığorta növləri üzrə sığorta haqlarını 64 milyon 435,9 min manat (31 azalıb) təşkil edib.

Sığorta şirkətləri  hesabat dövründə ən çox sığorta haqlarını tibbi sığorta (67 milyon 850,4 min manat), yaşamaq sığortası (80 milyon 697 min manat) və daşınmaz əmlakın icbari sığortası (25 milyon 252,1 min manat) üzrə toplayıb. Ümumilikdə, hesabat dövründə sığortaçıların gəlirlərinin 67,3%-ni bu üç sığorta növü üzrə sığorta haqları təmin edib.

2022-ci ilin yanvar-martında sığortaçılar tərəfindən sığorta hadisələri ilə bağlı kompensasiyaların ödənilməsinə 61 milyon 227,7 min manat vəsait xərclənib ki, bu da 2021-ci ilin birinci rübü ilə müqayisədə 2,4 dəfə azdır.

Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 38 milyon 898,7 min manat (azalma 2,7 dəfə) və ya bazardakı bütün sığorta ödənişlərinin 63,5%-i təşkil edib. Bununla yanaşı, həyat sığortası üzrə ödənişlər 16 milyon 876,6 min manat (azalma 4,9 dəfə), həyatdan başqa sığorta üzrə ödənişlər 22 milyon 22,1 min manat (artım 3,9%) olub.

İcbari sığorta növləri üzrə ödəmələr 22 milyon 329 min manat (azalma 1,8 dəfə) olub.

Hesabat dövründə sığortaçılar ən çox OSAGO (20 milyon 291 min manat), yaşamaq üçün (15 milyon 984,5 min manat) və könüllü tibbi sığorta (17 milyon 432,8 min manat) üzrə ödəniş edib. Eyni zamanda, 2022-ci ilin yanvar-martında yaşamaq  sığortası ödənişləri 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 5,1 dəfə azalıb.

Ümumilikdə, hesabat dövründə bu üç sığorta növü üzrə ödənişlər bazarda sığorta ödənişlərinin 87,7 faizini təmin edib.

Martın sonunda Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət göstərib.

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol