Azərbaycan mayda Rusiya ərazisindən neft nəql etməyəcək

Azərbaycan bu ilin mayında Bakı-Novorossiysk neft kəməri ilə neft nəql etməyəcək. Nəqli şimal kəməri ilə nəzərdə tutulan neft Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünya bazarına çıxarılacaq. Bu barədə Anews.az-a Neft şirkətindən adının anonim saxlanmasını istəyən mənbə bildirib.
Mayda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) şimal boru kəməri ilə dünya bazarına 170 min tonn (2 tanker) neft ixrac etməyi planlaşdırırdı.
Ukrayna ilə müharibə səbəbindən Rusiya Federasiyasının Qara dəniz limanlarına daxil olmaq istəyən tankerlərin sayı getdikcə azalır. Bundan başqa boru kəməri ilə Novorossiyskə gedən Urals neftini (buraya Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan nefti daxildir) neft treyderləri almaq istəmir , ya da dünyanın müxtəlif neft emalı zavodlarının ehtiyacları üçün çox böyük endirimlə alınır. Bu səbədən şimal marşrutun kommersiya baxımından cəlbediciliyini itirir.
"BTC-nin Aralıq dənizi bazarına birbaşa çıxışı var. Odur ki, SOCAR mayda 170 min ton nefti bu strateji neft kəmərinə ötürmək qərarına gəlib. Hələlik qərar may üçün nəzərdə tutulub. Mayın sonunda necə davam edəcəyimizə qərar verəcəyik”, - mənbə bildirib.
2020-ci ilin yanvar-iyulunda da ARDNŞ neftini nəql etmək üçün Bakı-Novorossiysk neft kəmərindən nəqli nəzərdə tutulan neft BTC ilə ixrac etmişdi. i
Azərbaycan Rusiya ərazisi ilə neftin tranzitinə 1997-ci ilin sonlarından başlayıb.
2020-ci ildə Bakı-Novorossiysk kəməri ilə 585 min ton, 2021-ci ildə isə 1,08 milyon ton neft ixrac olunub.
2022-ci ilə ARDNŞ bu kəmər ilə 1,2 milyon ton neft ixrac etmək barədə Rusiyanın Transneft şirkəti ilə müqavilə imzalayıb.
Yanvar-aprel aylarında ARDNŞ Rusiya ərazisindən neft nəqli ümumilikdə 400 min ton neft ixrac edib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 