Samir Şərifovdan yeni TƏYİNATLAR

Maliyyə Nazirliyində kadr yerdəyişmələri həyata keçirilib. Bu barədə qurum məlumat verib.
Dövlət Xəzinədarlıq Agentliyinin direktoru Elman Piriyev Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi vəzifəsinə təyin edilib. Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Xaqani Rzayev isə Dövlət aparatının maliyyə şöbəsinin müdiri seçilib.
Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Famil İsmayılov həmin şöbənin müdiri vəzifəsinə yüksəldilib.
Maliyyə Elm-Tədris Mərkəzinin direktoru Elman Hüseynov isə İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə keçib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 