Vüqar Qurbanovdan qalmaqallı direktorun yerinə TƏYİNAT

İradə Axundova Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yeni direktor təyin olunub. Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.
İxtisasca pulmonoloq olan İ.Axundova F.Əfəndiyev adına 4 nömrəli Mərkəzi Kliniki Xəstəxanasında tibb bacısı, 4 nömrəli Vərəm Əleyhinə Dispanserdə həkim- intern (ftiziatr), Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim-fizioterapevt, şöbə müdiri və İnstitutun direktor müavini kimi çalışıb.
Təyinata qədər Milli İdman Tibb və Reabilitasiya İnstitutunun Elmi katibi kimi fəaliyyət göstərib.
Axundova 200-dən çox elmi məqalənin müəllifidir. Tibb elmləri namizədidir.
www.anews.az
Vüqar Qurbanov bu gündən etibarən vəzifəsinin icrasına başlayan yeni direktoru kollektivə təqdim edib.
İradə Axundova Dövlət Tibb Universitetinin ftiziatr ixtisası üzrə təhsil alıb.
İxtisasca pulmonoloq olan İ.Axundova F.Əfəndiyev adına 4 nömrəli Mərkəzi Kliniki Xəstəxanasında tibb bacısı, 4 nömrəli Vərəm Əleyhinə Dispanserdə həkim- intern (ftiziatr), Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim-fizioterapevt, şöbə müdiri və İnstitutun direktor müavini kimi çalışıb.
Təyinata qədər Milli İdman Tibb və Reabilitasiya İnstitutunun Elmi katibi kimi fəaliyyət göstərib.
Axundova 200-dən çox elmi məqalənin müəllifidir. Tibb elmləri namizədidir.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu PHŞ-un sabiq direktoru Həqiqət Qədirova dünən, aprelin 27-də TƏBİB-in əmri ilə vəzifəsindən azad edilib. Həqiqət Qədirova 2017-ci ildən bu vəzifədə çalışırdı. 2018-ci ildə institutun direktoru Həqiqət Qədirova tərəfindən işdən azad edilsə də, məhkəmə qərarı ilə 2019-cu il noyabrın 30-da Ağciyər Xəstəlikləri İnstitutunda yenidən əmək fəaliyyətinə başlayıb. Həqiqət Qədirova həm də Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının, eləcə də B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın üzvüdür. Bu vəzifəyədək Həqiqət Qədirova Respublika QİÇS-lə Mübarizə Mərkəzinə direktoru vəzifəsində çalışıb. Son zamanlar Qədirova ilə bağlı sosial şəbəkələrdə şikayətlər yayılmışdı. İnstitut işçiləri Həqiqət Qədirovanın təzyiqlərinə dözə bilməyən həkim Səbinə Məmmədovanın intihara cəhd etdiyini də iddia edirdi.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 