Google chrome-da yenilik
Google Chrome brauzerindəki reklamlar üçün həssas mövzuların siyahısını genişləndirib və istifadəçilərə bu kateqoriyalarla aid reklamları məhdudlaşdırmağa imkan verir. Bu baərədə "The Verge" məlumat yayıb.
İndi istifadəçilər tanışlıq, hamiləlik, valideynlik və arıqlama ilə bağlı daha az reklam görə biləcəklər. Bu funksiya əvvəlcə insanlara YouTube-da qumar və ya spirtli içkilər haqqında daha az reklam görməsinə imkan yaratmaq üçün təqdim edilib. Bununla belə, bu, təkcə video hostinqdəki reklamlara deyil, bütün Google Display Network-ə şamil ediləcək.
Bu funksiyaya daxil olmaq üçün Reklam Parametrləri səhifəsinə daxil olmalı, Həssas Reklam Kateqoriyalarını seçməli və seçilmiş kateqoriyaların yanındakı Daha Az Göstər düyməsini sıxmaq lazım olacaq.
Aprelin 26-dan etibarən Google Play-də proqramların səhifələrində istifadəçilər tərtibatçıların hansı şəxsi məlumatı topladığını və onların kimə ötürüldüyünü öyrənə biləcək təhlükəsizlik bölməsi peyda olub. Bu seçim istifadəçilərə tərtibatçıların məlumatlarına necə münasibət göstərmələri haqqında daha çox məlumat vermək üçün nəzərdə tutulub.
Google yeni bölmənin nə vaxt ictimaiyyətə təqdim ediləcəyini açıqlamayıb, lakin qeyd edib ki, tərtibatçılar iyulun 20-dək tətbiqləri haqqında bütün lazımi məlumatları dərc etməlidirlər.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər