• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Azərbaycan Yunanıstan-Bolqarıstan interkonnektoru ilə Bolqarıstana qazı bu vaxt verəcək

Azərbaycan Yunanıstan-Bolqarıstan interkonnektoru ilə Bolqarıstana qazı bu vaxt verəcək
29.04.2022 07:28
Bolqarıstan sentyabrda Yunanıstan-Bolqarıstan (IGB) interkonnektoru ilə Azərbaycan qazını almağa başlayacağını gözləyir. Bunu Bolqarıstanın Baş naziri Kiril Petkov deyib.

"İQB iyunun sonunda istismara veriləcək və sentyabrdan Azərbaycan qazı artıq Bolqarıstana veriləcək. Bu, qiymətlərin aşağı düşməsi və ölkəmiz üçün daha çox enerji müstəqilliyi əldə etmək deməkdir", - Petkov Yunanıstana səfərindən sonra jurnalistlərə bildirib. 

Petkovun sözlərinə görə, bu qış Bolqarıstanda qazın qiyməti yüksək olub. Buna da səbəb Azərbaycan qazının İGB vasitəsilə nəql edilməməsi olub. 

"Bu, ona görə baş verib ki, bu layihə tamamlanmayıb və kimsə könüllü olaraq daha ucuz qaz idxalından imtina edib”, - Petkov vurğulayıb.

Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisi üzrə operator 2022-ci il martın sonunda bəyan edib ki, qaz kəməri artıq Cənub Qaz Dəhlizinin əsas elementi olan Trans Adriatik Boru Kəmərinə (TAP) qoşulub və bu, gələcəkdə Bolqarıstanı Azərbaycan qazına çıxışını təmin edəcək. 

İnterkonnektorun işə salınması Bolqarıstana birbaşa Azərbaycan qazını almağa və Rusiya qazından imtina etməyə imkan verəcək.

IGB istismara verildikdən sonra interkonnektor ilkin olaraq Bolqarıstanı ildə 1 milyard kubmetr qazla təmin edəcək, daha sonra borunun layihə gücü ildə 3 milyard kubmetrə qədər artırılacaq.

Azərbaycan qazının İtaliya, Yunanıstan və Bolqarıstana ixracı 2020-ci il dekabrın 31-də TAP vasitəsilə həyata keçirilməyə başlayıb, lakin interkonnektorun olmaması səbəbindən Bolqarıstana qaz nəqli nəzərdə tutulduğundan 75% az olub.

Hazırda Azərbaycan qazı ildə 3,68 milyard kubmetr qaz ötürmə qabiliyyətinə malik mövcud xətt vasitəsilə Yunanıstanla Kula-Sidirokastro sərhəd məntəqəsi vasitəsilə Bolqarıstana verilir. Bu, Azərbaycan qazının Bolqarıstana idxalını xeyli məhdudlaşdırır və ildə cəmi 250-300 milyon kubmetr qaz nəql etməyə imkan verir.

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol