• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Rusiya qazının Avropaya ixracının dayandırılmasının arxasında nə durur? - TƏHLİL

Rusiya qazının Avropaya ixracının dayandırılmasının arxasında nə durur? - TƏHLİL
29.04.2022 12:29
Rusiyanın "Qazprom” şirkəti Polşa və Bolqarıstana təbii qaz ixracını dayandırdığını, bununla da  Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı Kreml ilə Avropa arasında gərginliyi artırdığını və Avropanın təchizatçı kimi Rusiyadan asılılığını azaltmaq və sonra tamamilə dayandırmaq planlarına yeni aktuallıq verdiyini bildirir. 

Əslində Rusiya nə edir?

Dövlətin nəzarətində olan Rusiyanın enerji nəhəngi "Qazprom” şirkəti Polşa və Bolqarıstandan prezident Vladimir Putinin tələb etdiyi kimi qaz pulunu Rusiya rublu ilə ödəməyi tələb etdi. Daha sonra isə bu ölkələr tələbi yerinə yetirmədiyi üçün onlara qaz ixracını dayandırdı. 

Avropa liderləri deyirlər ki, təbii qaz müqavilələrində ödənişin avro və ya dollarla edilməsi tələb olunur və tərəflərdən hər hansı bu şərti birdən-birə dəyişdirə bilməz. Polşa dəniz yolu ilə gətirilən mayeləşdirilmiş təbii qazın idxalı üçün terminalın tikintisinə başlayıb. Bununla da ölkə Rusiya qazından asılılığı problemini həll etmək üçün uzunmüddətli addım atıb və istənilən halda "Qazprom" ilə idxal müqaviləsini müqavilənin müddəti bitdikdən sonra üzatmamağı planlaşdırır. 

Bolqarıstan hələlik kifayət qədər qaza malik olduğunu bildirib. 

Bununla belə, dəyişikliyin nə demək ola biləcəyi ilə bağlı açıq suallar enerji bazarlarını sarsıtıb, Rusiyanın digər Avropa ölkələrinə təbii qaz ixracını kəsə biləcəyi və iqtisadiyyata ciddi zərbə vura biləcəyi ilə bağlı qeyri-müəyyən durum yaranıb. 

Putin ölkələr enerji haqqını rublla ödəməlidilər deməklə Avropanı faktiki qazsız qoya biləcəyi barədə xəbərdarlıq edib.  Amma sanksiyalar onun maliyyə sisteminə təzyiq göstərdiyi üçün neft və qaz satışı faktiki Rusiya hökumətinin yeganə maliyyə mənbəyidir. 

Kreml bildirib ki, yeni ödəniş sisteminə görə idxalçılar Rusiyanın üçüncü ən böyük bankı olan "Qazprombank”da dollar və ya avro hesabı, sonra isə ikinci rubl hesabı açmalı olacaqlar. İdxalçı qaz haqqını avro və ya dollarla ödəyib və bankda bu pulu rublla dəyişməlidir. 

Avropa Komissiyasının sədri Ursula von der Leyen çərşənbə günü deyib ki, rublla ödəniş Avropa İttifaqı  sanksiyalarına ziddir və müqavilələri olan şirkətlər "Rusiyanın tələbləri ilə razılaşmamalıdırlar".

Bu Putinin nəyinə lazımdır?

Putinin fərmanı "dost olmayan ölkələri” hədəfə aldığı üçün bu, bir çox Rusiya bankını beynəlxalq maliyyə əməliyyatlarından kəsən və bəzi Qərb şirkətlərini Rusiyadakı bizneslərini tərk etməyə məcbur edən sanksiyalara cavab kimi qiymətləndirilə bilər.

Rubl tələbinin iqtisadi motivi bəlli deyil. Çünki "Qazprom"-un onsuz da yetərincə rubl ehtiyatı var. Bu şirkət rus rublunun bahalaşmasının qarşısını almaq üçün onsuz da öz valyuta ehtiyatlarını  birjada sataraq rubla çevirməyə məcbur edilir.  

Demək motiv siyasi ola bilər. Bununla Putin ölkə daxilində ictimaiyyətə göstərmək istəyir ki, sanksiyalara baxmayaraq Rusiya yenə meydan oxuyur və qaz ixracı şərtlərini diktə edir. Bundan əlavə ödənişlərin məhz "Qazprombank" vasitəsilə edilməsini tələb etməklə Petin həmçinin banka qarşı növbəti sanksiyaların qarşısını ala bilər.

Onu da qeyd edək ki, Rusiya Putinin şərtlərini qəbul etdiyi üçün Macarıstana əvvəlki qaydada qaz ixracını davam etdirir. 

Enerji eksperti və Brüsseldəki Bruegel beyin mərkəzinin baş elmi işçisi Simone Tagliapietra deyir ki, bununla Rusiya Avropa Brliyi ölkləri arasında nifaq salmağa çalışır. 

"Bu, Rusiya dövlətinin uzun illərdir sınaqdan keçirdiyi " böl və hökm sür" strategiyasıdır… Odur ki,  Avropa İttifaqının əlaqələndirilmiş şəkildə birgə reaksiya verməsi çox vacibdir”.

Avropa nə edəcək?

ABŞ və Avropa İttifaqının əldə etdiyi razılaşmaya görə , neft və qaz üzrə alqı satqı əməliyyatları sanksiya altına düşmür. Bu,  qaz istehlakının 40%-nin və neft istehlakının 25%-nin Rusiyadan asılı olduğu Avropa üçün Ağ evin etdiyi müttəfiqlərinə etdiyi güzəşt kimi dəyərləndirilir. Buna görə Avropa İttifaqı ölkələri Rusiyaya hər il 850 milyon dollar pul ödəyir. 

Çoxları Avropanı hələ də Rusiyadan enerji almasından narazıdır. 

ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, Avropanın Rusiyaya neft və qaza görə etdiyi ödənişlər bu ölkənin 2011-2020-ci illər arasında neft və qaz satışından illik dövlət gəlirlərinin orta hesabla 43%-ni təşkil edib.

Rusiya müharibədən əvvəl uzunmüddətli müqavilələr bağlasa da Ukrayna müharibəsi göstərdi ki, Rusiya qazından asılılıq Avropa iqtisadiyyatı üçün ciddi təhlükə yaradır. 

Avropanın da Rusiya qazından tam imtinası Rusiyanın özü üçün də yaxşı deyil. Məsələn nefti Rusiya nəzəri olaraq tankerlə başqa ölkələrə, məsələn, enerjiyə ehtiyacı olan və sanksiyalarda iştirak etməyən Hindistan və Çinə sata bilər. 

Amma qaz başqa məsələdir. Rusiyanın şimalındakı Yamal yarımadasındakı böyük yataqlardan Avropaya gedən qaz kəməri sistemi Çinə gedən boru kəməri ilə bağlı deyil. Bu baxımdam Rusiyanın çox məhdud imkanları var. 

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
İqtisadiyyat 21:22
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
İqtisadiyyat 18:10
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
İqtisadiyyat 07:34
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
Azərbaycanda neft hasilatı 4,8% azalıb
İqtisadiyyat 18:24
Azərbaycanda neft hasilatı 4,8% azalıb
BP Azərbaycanda qaz hasilatını artırıb
İqtisadiyyat 15:03
BP Azərbaycanda qaz hasilatını artırıb
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
İqtisadiyyat 20:37
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol