• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

“Azərkosmos”un bu ilin birinci rübündə gəliri $6 milyonı ötüb

“Azərkosmos”un bu ilin birinci rübündə gəliri $6 milyonı ötüb
29.04.2022 17:20
2022-ci ilin yanvar-martında "Azərkosmos”un peyklərin kommersiya istismarından əldə etdiyi gəlir 6,2 milyon dollar təşkil edib ki, bu da 2021-ci ilin birinci rübü ilə müqayisədə 58,5% azdır. Bu barədə  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat verib.  

Birinci rüb ərzində şirkət 31 ölkəyə peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib. Hesabat dövründə şirkətin xidmətlərinin əsas hissəsi Böyük Britaniya (1,6 milyon dollar), Fransa (1,1 milyon dollar), Lüksemburq (1,1 milyon dollar), BƏƏ (0,6 milyon dollar) və Pakistanın (0,4 milyon dollar) payına düşüb.

Hesabat dövründə "Azərkosmos”un ümumi gəlirlərinin 86%-ni xidmət ixracından əldə edilən gəlirlər təşkil edib.

2021-ci ildə "Azərkosmos”un peyklərin kommersiya istismarından əldə etdiyi gəlirlər 45,3 milyon dollar təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 0,4% çoxdur.

"Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan  orbitə buraxılıb.

2014-cü ilin dekabrında "Azərkosmos” və Fransanın "Airbus Defence and Space” şirkəti "Azersky” peykinin "Azərkosmos”un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalayıb. Peyk 2014-cü ilin iyununda orbitə çıxarılıb və 12 il orbitdə qalacaq.

Azərbaycan 2018-ci ilin sentyabrında Kuru kosmodromundan "Azerspace-2” telekommunikasiya peykini orbitə çıxarıb.

"Azərkosmos” 2010-cu ildə yaradılıb. Onun funksiyalarına peyklərin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlərin alınması üçün sığorta şirkətlərinin seçilməsi, kosmik (peyk) operatorları ilə əməkdaşlığın qurulması və bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.


N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol