Azərbaycanın strateji valyuta ehtiyatları açıqlandı

2022-ci ilin birinci rübünün yekunları üzrə Azərbaycanın strateji valyuta ehtiyatları 53 milyard dollar təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Əli Əhmədov bildirib.
"2022-ci il martın sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 53 milyard dollar səviyyəsində qiymətləndirilir. Mərkəzi Bankın ehtiyatları isə 7,1 milyard dollara yaxındır", - Əhmədov deyib.
AMB sədri Taleh Kazımovun sözlərinə görə isə, qeyri-sabit geosiyasi vəziyyətə baxmayaraq, neftin qiymətinin qalxması 2022-ci il ərzində Azərbaycanın strateji valyuta ehtiyatlarının artacağını gözləməyə imkan verir.
"Qlobal iqtisadi mühitdə geosiyasi vəziyyətin yaratdığı qeyri-müəyyənlik yüksək səviyyədə qalsa da, tədiyə balansının profisitlə olacağı proqnozlaşdırılır. Azərbaycanın əsas ixrac məhsullarının qiymətləri yüksək olaraq qalır. Bu, həm ölkənin strateji valyuta ehtiyatlarının artmasına, həm də ölkənin valyuta balansının saxlanmasına şərait yaradır”, - Kazımov vurğulayıb.
AMB rəsmilərinin sözlərinə görə, Azərbaycanda ilin sonuna inflyasiya diapazonu 4-6% səviyyəsində proqnozlaşdırılır.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 