• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

“Nar” və Azərbaycan Könüllü Təşkilatları İttifaqı arasında memorandum imzalandı- FOTO

“Nar” və Azərbaycan Könüllü Təşkilatları İttifaqı arasında memorandum imzalandı- FOTO
04.05.2022 12:21
"Nar” və Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu "Nar” tərəfindən şirkətin Baş İcraçı Direktoru Qunnar Panke, AKTİ tərəfindən isə ittifaqın sədri Yusif Vəliyev imzalayıb. 

Memorandum çərçivəsində "Nar” və AKTİ tərəfindən Azərbaycanda könüllülük mədəniyyətinin təşviqinə dəstək məqsədilə ortaq tədbir və layihələrin həyata keçirilməsi, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

"Ölkənin ən gənc mobil operatoru olaraq könüllülük işinin təşviqinə dəstəyimizi ifadə etməkdən məmnunluq duyuram. Əminəm ki, məhz könüllülərin tələblərinə uyğun şəkildə  hazırladığımız xüsusi tarif onlar arasında daha rahat ünsiyyəti təmin etməklə təşkilatın ümumi işinə öz töhfəsini verəcək”, - deyə "Nar”ın Baş İcraçı Direktoru Qunnar Panke bildirib.  
 
İttifaqın sədri Yusif Vəliyev: "22 Könüllü təşkilatının üzv olduğu Azərbaycan Könüllü Təşkilatları İttifaqı olaraq "Nar” mobil operatoru ilə əməkdaşlığa başlamaqdan məmnunuq. İnanırıq ki, bu əməkdaşlıq Azərbaycan könüllüləri üçün yeni imkanlar yaradacaq, könüllülüyün inkişafına öz töhvəsini verəcək”.

Qeyd edək ki, Azərbaycan könüllüləri arasında effektiv koordinasiyanın təmin edilməsi, əlaqələrin asanlaşdırılması məqsədilə, "Nar”ın xüsusi yaratdığı tarif əsasında könüllülər arasında mobil zənglər pulsuz olacaq.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.

AKTİ - İttifaqın missiyası Azərbaycanda könüllülük hərəkatının inkişafı üçün münbit şəraitin yaradılmasına dəstək vermək, milli-mənəvi dəyərlərimizə və ənənələrimizə yaxın olan könüllülüyün Azərbaycanda gündəlik həyat normasına çevrilməsinə nail olmaqdır. Azərbaycanda könüllülüyün həyat tərzinə çevrilməsi və hər bir gəncin könüllülük təcrübəsindən keçməsi üçün şəraitin və imkanların mövcud olması Ittifaqın vizyonudur. Hal-hazırda İttifaqın 21 üzv könüllü təşkilatları vardır ki, respublika üzrə onların hərməylik göstərərək birgə fəaliyyəti təşkil olunur.
 






www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol