2022-ci ilin birinci rübündə hasil edilən neft və qazın həcmi açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkətinin strukturu olan (SOCAR) "Azneft” İB 2022-ci ilin yanvar-martında 1.6 milyon tondan çox neft hasil edib ki, bu da keçən ilin göstəricisindən 0,8% çoxdur. Bu abrədə "Azneft" İB baş direktoru Şahmar Hüseynov məlumat verib.
"2022-ci ilin yanvar-martında "Azneft" tərəfindən 1,6 milyon tonndan çox neft hasil edilib. Bu, proqnozlaşdırılandan 2% , keçən ilin eyni dövründən isə 0,8% çoxdur", - Hüseynov sosial şəbəkələrdə olan şəxsi akkauntunda bildirib.
O, həmçinin yazıb ki, 2022-ci ilin birinci rübündə "Azneft"İstehsalat Birliyi üzrə qaz hasilatı 1,6 milyard təşkil edib ki, bu da ötən ilin eyni vaxtı lə müqayisədə 1,2% çoxdur, proqnozlaşdırılandan isə 1,5% çoxdur.
SOCAR-ın "Azneft" İstehsalat Birliyi Azərbaycanda 34 neft-qaz yatağının işlənməsini həyata keçirir. Bu yataqlardan 20-si quru ərazilərində, 14-ü isə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşir.
"Azneft" İB-nin tərkibində 11 neftqazçıxarma idarəsi fəaliyyət göstərir. İşlənmədə olan yataqlarda 5700-ə qədər quyu istismar olunur. Çoxsaylı texnoloji qurğular, müxtəlif təyinat və çeşidli boru kəmərləri, nasos, kompressor və elektrik stansiyaları, digər komunikasiya və infrastrukturlar neft-qaz hasilatının texniki-iqtisadi cəhətdən səmərəliliyini təmin edir.
Aytac Zeynalova
www.anews.az
Son xəbərlər
Daha çox 