• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

ARDNF apreldə valyuta satışlarını artırıb

ARDNF apreldə valyuta satışlarını artırıb
04.05.2022 15:53
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2022-ci ilin aprelində Mərkəzi bankın auksionlarında valyuta satışlarını 4,3%, ilin əvvəlindən isə 9,2% artırıb. Bu barədə Azərbaycan Dövlət Neft Fondu məlumat verib. 

Fonddan  verilən məlumata görə, 2022-ci ilin aprelində Azərbaycan Dövlət Neft Fondu valyuta hərraclarında ümumilikdə 548,7 milyon ABŞ dolları məbləğində xarici valyuta satıb.

2022-ci ilin martında ARDNF tərəfindən valyuta hərraclarında ümumilikdə 526,2 milyon ABŞ dolları məbləğində valyuta satılıb. Beləliklə, apreldə martla müqayisədə Dövlət Neft Fondu tərəfindən xarici valyuta satışının həcmi 4,3% artıb.

2022-ci ilin yanvar-aprelində fond hərraclarda 2 milyard 173,1 milyon ABŞ dolları məbləğində xarici valyuta satıb ki, bu da 2021-ci ilin yanvar-aprelinə nisbətən 9,2% çoxdur. 

Hazırda valyuta hərraclarında xarici valyuta satışının əsas mənbəyi ARDNF-dir.

2021-ci ildə ARDNF valyuta hərraclarında 6 milyard 679 milyon dollar satıb ki bu da 2020-ci illə müqayisədə 8,6% aazdır. 

2021-ci ildə ARDNF tərəfindən hərraclarda orta aylıq xarici valyuta satışı 556,6 milyon dollar təşkil edib. 

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol