İsrail 2025-ci ildən Azərbaycandan buğda almağı planlaşdırır

İsrail 2025-ci ildən Azərbaycandan buğda idxal etməyə başlayacaq.
"İndiki mərhələdə Azərbaycan ixrac üçün kifayət qədər buğda yetişdirmir, lakin ölkə buğda istehsalının genişləndirilməsi üçün genişmiqyaslı layihə planlaşdırır. Tamamlandıqdan sonra Azərbaycan nəinki daxili istifadə, həm də ixrac üçün kifayət qədər buğda yetişdirəcək. Bu layihəni təşviq etmək üçün İsrail 2025-ci ildən Azərbaycandan buğda idxal etməyi düşünür. Bu məqsədlə İsrail Azərbaycan üçün ən son kənd təsərrüfatı texnologiyaları ilə təmin edəcək”, - İsrailin "Al-Monitor” nəşri yazır.
İsrailin kənd təsərrüfatı naziri Oded Forerin kənd təsərrüfatı sahəsində israilli ekspertlər qrupu ilə iki həftədən sonra Azərbaycana səfəri planlaşdırılır.
"Onların səfərlərinin əsas mövzusu buğda olsa da, digər məsələləri də müzakirə edəcəklər. İsrail bütün növ qabaqcıl texnologiyaların köməyi ilə Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirməyi düşünür”, - qəzet qeyd edir.
Hazırda Azərbaycanda ildə 3 milyon tondan çox taxıl istehsal olunur, lakin onun əsas hissəsi yemlik buğdadır.
Azərbaycan 2021-ci ildə buğdaya olan daxili tələbatı ödəmək üçün 332 milyon ABŞ dolları məbləğində 1,1 milyon tondan çox buğda idxal edib. Eyni zamanda, buğda idxalının 95 faizi Rusiyanın payına düşür.
Azərbaycan hökuməti yerli buğda istehsalının artırılması üçün bir sıra layihələr həyata keçirməyi planlaşdırır.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 