Yanvar-apreldə AMB valyuta ehtiyatları 0.1% artıb

Azərbaycanda yanvar-aprel aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 0.1% artıb, apreldə isə 0.7% azalıb. Bu barədə anews.az-a Mərkəzi Bankdan məlumat verilib.
Eyni zamanda Mərkəzi Bankının valyuta ehtiyatları aprel ayına 7 milyard 85,8 milyon ABŞ dolları təşkil edib.
2021-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları 7 milyard 75,4 milyon dollar müəyyən olunub.
Eyni zamanda, aprel ayında AMB-nin valyuta ehtiyatları 0,7% və ya 50,7 mln. azalıb. 2021-ci ildə AMB-nin valyuta ehtiyatları 11,1% artıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 