• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Unibank biznes üçün bütün kartları, hətta çatdırılmanı belə pulsuz etdi

Unibank biznes üçün bütün kartları, hətta çatdırılmanı belə pulsuz etdi
05.05.2022 16:45
Sahibkarların həmişə yanında olan Unibank, daha bir kampaniya keçirir. Bu kampaniya çərçivəsində sahibkarlar bütün biznes kartlarını və əmək haqqı kartlarını "Unibank”dan pulsuz sifariş edə biləcəklər. İnternet bankçılıq vasitəsilə sifariş edilən kartların Bakı və Abşerona çatdırılması da ödənişsiz olacaq. Kampaniyadan faydalanmaq istəyən biznes sahibləri biznes və əmək haqqı kartlarını bu linkdən https://online.unibank.az/corporate/ sifariş edə bilərlər. 


Xatırladaq ki, Unibank biznes sahibləri üçün təqdim etdiyi xidmətlərin əksəriyyətini onlayn edib. Sahibkarlar xeyli müddətdir ki, biznes kartların sifarişini çox rahat şəkildə, filiallara gəlmədən İnternet banking vasitəsilə edərək, hazır kartı öz ünvanlarında qəbul edə bilirlər. Unibank müştərisi olmayan sahibkarlar da onlayn müraciətlə Biznes kart sifariş edə bilərlər. Bunun üçün onlar əvvəlcə "Unibank”da Onlayn hesab açmalıdırlar. Bu zaman avtomatik olaraq İnternet Banking və Mobile Banking xidmətlərinə qoşulan sahibkar, Biznes kartı onlayn sifariş edə bilər. "Unibank”ın Biznes kart məhsulu kart hesabına 24/7 onlayn daxil olmaq, əməliyyatlar aparmaq, pul köçürmək, dünyanın istənilən yerindən pul vəsaitini almaq imkanı qazandırır. 


"Unibank”ın biznes sahiblərinə təqdim etdiyi rəqəmsal xidmətlər siyahısında banka gəlmədən onlayn hesab açmaq, tranş kredit xəttindən onlayn istifadə etmək, onlayn formada İB və MB-yə qoşulmaq, onlayn overdraft kreditlərindən faydalanmaq, onlayn əmək haqqı layihəsinə qoşulmaq və digər xidmətlər də var. 


Sahibkarlar "Unibank”ın məhsul və xidmətlərindən filiallarda istifadə etmək istəsələr, həftəiçi saat 09.00-dan 17.00-dək "Qara Qarayev”, 16 saylı, "Dərnəgül”, "Yasamal”, 15 saylı, "Neftçilər”, "Əhmədli”, "Əcəmi” filiallar və "Unibank- biznes mərkəzi”nə, eləcə də "Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və  bankın saytından (https://www.unibank.az/az/corporate/index) əldə etmək olar.


Unibank- Sənin Bankın!



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol