Azərbaycan konteyner daşımalarını 1,5 dəfə artırıb

Azərbaycan 2022-ci ilin birinci rübündə tranzit konteyner daşımalarını bir yarım dəfədən çox artırıb, bu barədə cümə günü "Azərbaycan Dəmir Yolları” QSC-nin konteyner törəmə şirkəti olan ADY Konteyner şirkətindən bildiriblər.
Şirkətin məlumatına görə, daşınmalar bir il əvvəlki 12 442 TEU-dan 19 299 TEU-ya (iyirmi fut konteyner ekvivalenti) yüksəlib. 2022-ci ilin sonuna kimi ADY Konteyner bu həcmi 100 000 TEU-ya çatdırmaq niyyətindədir.
ADY Konteyner artımın nə ilə bağlı olduğunu açıqlamayaraq "nəqliyyat axınının artımı bu ilin fevralından bəri regiondakı yaranmış vəziyyətlə bağlıdır" deyib.
Fevralın 24-də Rusiya Ukraynada "hərbi xüsusi əməliyyata” başladıqdan sonra Qərb genişmiqyaslı sanksiyalarla cavab verib. Bundan sonra bir çox xarici şirkətlər Asiyadan Avropaya əhəmiyyətli tranzit axınının keçdiyi Rusiya ilə işi məhdudlaşdırıblar.
Azərbaycan Avstriyanın iri yükdaşıyıcı şirkəti Rail Cargo ilə əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalayıb ki, bu da Çindən Skandinaviya ölkələrinə və əks istiqamətdə konteyner yükdaşımalarının həcmini artıracaq, ADY Konteyner bildirib.
"Memorandumun imzalanması fasiləsiz və sürətli çatdırılmanın təmin edilməsi üçün əlverişli şərait yaradacaq", - şirkətdən şərh verilib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 