• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Azərbaycanın qeyri neft ixracı artıb

Azərbaycanın qeyri neft ixracı artıb
06.05.2022 15:29
Yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft ixracı 38,5% artıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat verib.
 
2022-ci ilin yanvar-aprelində Azərbaycanın qeyri-neft ixracı 965,5 milyon dollar təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 38,5% çoxdur.

Hesabat dövründə Azərbaycanın ixracının ümumi həcmi 11,8 milyard dollar təşkil edib.

Mərkəzin məlumatına görə, 2022-ci ilin yanvar-aprelində meyvə-tərəvəz ixracı 23,6% artaraq 162,6 milyon dollar təşkil edib.

Kimya məhsullarının ixracı 9,9 dəfə, alüminium və alüminium məmulatlarının ixracı 90,6%, qara metallar və onlardanhazırlanan  məmulatların ixracı 53,3%, pambıq lifinin ixracı 19,8% artıb.

Apreldə qeyri-neft ixracı 238,3 milyon dollar (2021-ci ilin aprelindən +22%) təşkil edib.

Aprel ayında qeyri-neft ixracının strukturunda 51,4 milyon dollar (+6,2%) ərzaq məhsulları, 186,9 milyon dollar (+27,2%) qeyri-ərzaq məhsullarının payına düşüb. 
 
2021-ci ildə Azərbaycandan qeyri-neft məhsullarının ixracı rekord həddə - 2,7 milyard dollar (2020-ci ildən + 47,2%) təşkil edib.

İqtisadiyyat Nazirliyinin proqnozuna görə, 2026-cı ilə qədər Azərbaycanın qeyri-neft ixracı 5 milyard dollar təşkil edəcək.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol