• $
  • £

Ukrayna Müdafiə Nazirliyi məlumat yaydı

Ukrayna Müdafiə Nazirliyi məlumat yaydı
07.05.2022 21:00
Nikolayevdə Rusiyanın 20 texnikası və döyüş sursatu anbarı məhv edilib, bu barədə Ukrayna Müdafiə Nazirliyinin gündəlik operativ məlumatında qeyd olunub.


"Rusiya ordusu şimal istiqamətində aktiv əməliyyat həyata keçirməyib. Slobojanski istiqamətində düşmən Xarkov şəhəri yaxınlığındakı yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqda davam edir. Qarşı tərəf İzyum istiqamətində PUA-lar vasitəsilə hava kəşfiyyatı aparır: "Onlar bu yolla qoşunlarımızın mövqelərini dəqiqləşdirirlər. Bir neçə yaşayış məntəqəsində üç körpü partladılıb. Bu, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarına mane olmaq üçündür. Donetsk və Tavriya istiqamətlərində düşmən təmas xətti boyunca artilleriya atəşini davam etdirir. Əməliyyat-taktiki aviasiya vasitələrilə qoşunlarımızın mövqelərinə raket-bomba zərbələri endirilir. Mariupol şəhərində müdafiə qüvvələrinin Azovstal rayonundakı bölmələrinin mühasirəsi davam edir. Cənub Buq istiqamətində düşmən artilleriya qurğularından istifadə etməklə qoşunlarımızın mövqelərini atəşə tutub. Rusiya ordusu Nikolayev şəhərinin mülki infrastrukturunu raketlərdən və çoxsaylı reaktiv yaylım atəşindən atəşə tutub”, - məlumatda qeyd olunub.

Nikolayev vilayətinin İvano-Kepin qəsəbəsində qarşı tərəfin döyüş sursatu anbarı və 20 texnikası məhv edilib.

"Müvəqqəti işğal olunmuş Xersonda keçid məntəqələrinin və səyyar patrulların sayı artırılıb. Son sutka ərzində Rusiya Silahlı Qüvvələrinin 14 PUA-sı, 3 tankı, 8 artilleriya sistemi, 7 zirehli döyüş maşını, 1 avtomobili, 3 mühəndis texnikası məhv edilib. Həmçinin Donetsk və Luqansk vilayətlərində qarşı tərəfin 8 hava hücumu dəf edilib”, Ukrayna Müdafiə Nazirliyi deyib.

Ukraynaya fevralın 24-də Rusiya hücum edib və müharibə bugünədək davam edir.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aİ və NATO ABŞ-sız mövcud ola bilməz - NATO-nun Baş katibi
Dünya 21:42
Aİ və NATO ABŞ-sız mövcud ola bilməz - NATO-nun Baş katibi
Tramp Ukraynaya kömək etmək istəmir və NATO-da görmür – The Washington Post
Dünya 17:31
Tramp Ukraynaya kömək etmək istəmir və NATO-da görmür – The Washington Post
Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib - Yenilənib
Dünya 22:00
Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib - Yenilənib
AZAL-ın göyərtəsində aparılan danışıqlar
Dünya 15:11
AZAL-ın göyərtəsində aparılan danışıqlar "qara qutu"dakı ilə eyni deyil - Qazaxıstan
Türkiyədə hoteldə baş verən yanğında 36-ı uşaq ölüb
Dünya 11:13
Türkiyədə hoteldə baş verən yanğında 36-ı uşaq ölüb
Türkiyədəki yanğında ölənlərin sayı 79-a çatıb - Video - Yenilənib
Dünya 20:51
Türkiyədəki yanğında ölənlərin sayı 79-a çatıb - Video - Yenilənib
Bu ölkədə qanun qızların 9 yaşında ərə getməsinə imkan verəcək
Dünya 17:53
Bu ölkədə qanun qızların 9 yaşında ərə getməsinə imkan verəcək
Tramp Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu deyib
Dünya 09:02
Tramp Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu deyib
Türkiyədə matəm elan olunub
Dünya 20:02
Türkiyədə matəm elan olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol