• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Azərbaycan iqtisadiyyatı 2022-ci ildə 4,5% artacaq - AYİB

Azərbaycan iqtisadiyyatı  2022-ci ildə 4,5% artacaq - AYİB
10.05.2022 14:11
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2022-ci ildə Azərbaycan iqtisadiyyatının  4,5% artacağını  proqnozlaşdırır.

2022-ci ilin martında bank bu il üçün Azərbaycanın ÜDM artımını 5% səviyyəsində proqnozlaşdırmışdı.

AYİB 2023-cü ilədək Azərbaycanın ÜDM-nin artım tempini 2,5% səviyyəsində saxlayıb.

"2021-ci ildə Azərbaycan iqtisadiyyatı qeyri-neft sektoru hesabına bərpa edilib və 7,2% artıb. Qeyri-neft sektorunda iqtisadi artıma  əsasən xidmət və istehsal sahələri təkan verib.  Ümumilikdə, ötən il ölkədə ÜDM artımı 5,6% təşkil edərək gözləntiləri üstələyib.

AYİB-in məlumatına görə, birinci rübdə Azərbaycanın ÜDM-i 6,8% artıb.

Bank qeyd edir ki, ərzaq qiymətlərinin artması ölkədə inflyasiyanı 2022-ci il martn sonuna 12,2%-ə qədər sürətləndirib.

"Enerji qiymətlərinin artması həm uzun, həm də qısa müddətdə Azərbaycanda iqtisadi artımı dəstəkləyəcək. Bu, həm də ölkənin ixrac gəlirlərinin artmasına səbəb olacaq. Amma Rusiya və Ukraynaya ixrac azala bilər. Beləliklə, ÜDM-in artım tempinin 2022-ci ildə 4,5%, gələn il isə 2,5% olacağı gözlənilir. Ortamüddətli perspektivdə yüksək inflyasiyanın sabit məzənnə ilə birləşməsi qeyri-neft sektorunda rəqabət qabiliyyətinin itirilməsinə gətirib çıxara biləcəyi ilə bağlı ciddi risk var. Odur ki,  iqtisadiyyatın dəstəklənməsi vacibdir",  -  AYİB hesabatında bildirilir. 

AYİB vurğulayır ki, Azərbaycan Şərqi Avropa və Qafqaz regionunda enerji sektorunda mövcud vəziyyətdən qısa müddətdə faydalanan yeganə ölkədir.

Bank onu da qeyd edir ki, Azərbaycan hakimiyyəti un məhsullarının bahalaşmasının qarşısını almaq üçün iri taxıl idxalçılarına subsidiyalı kreditlər verib.

AYİB-in proqnozlarına görə, 2022-2023-cü illərdə Ermənistanda ÜDM-in artımı müvafiq olaraq 1,5% və 4%, Gürcüstanın isə  3% və 5% təşkil edəcək. 

Azərbaycan hökuməti 2022-ci ilə qədər ÜDM artımını 3,9% səviyyəsində proqnozlaşdırır.

2021-ci ildə Azərbaycanda ÜDM artımı 5,6% təşkil edib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol