• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Azərbaycan bankları bu gün valyuta hərracında $ 41 milyon alıb

Azərbaycan bankları bu gün  valyuta hərracında $ 41 milyon  alıb
10.05.2022 14:24
Azərbaycan Mərkəzi Bankı çərşənbə axşamı Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında banklara 40,6 milyon dollar satıb.

AMB mayın 5-də keçirdiyi hərracda banklara 30,8 milyon dollar xarici valyuta satmışdı.

"Çərşənbə axşamı hərraca banklar tərəfindən  40,6 milyon dollar dəyərində tələb daxil olub  və tam təmin edilib. Hərrac nəticəsində manatın dollara qarşı orta çəkili məzənnəsi 1,7 manat/$1 təşkil edib”, - deyə AMB  bildirib.

12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb. Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.

2022-ci ilin yanvar-aprelində ARDNF valyuta hərraclarında 21 milyard 173,1 milyon dollar satıb ki, bu da  2021-ci ilin eyni dövrü ilə müqayisədə 9,2%  çoxdur.

2021-ci ildə ARDNF valyuta hərraclarında 6 milyard 679 milyon dollar satıb. Bu 2020-ci ilin göstəricisindən  8,6% azdır.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol