• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Azərbaycanda sığortaçılar agentlərə komissiya ödənişlərini artırırlar

Azərbaycanda sığortaçılar agentlərə komissiya ödənişlərini artırırlar
10.05.2022 15:23
2021-ci ildə Azərbaycanın sığorta və təkrarsığorta şirkətlərinin biznes fəaliyyəti ilə bağlı xərcləri 197 milyon 621,4 min manat təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 1,7% çoxdur.

Xərclərin 27,5%-i və ya  54 milyon 327,5 min manatı agentlik komissiyalarının ödənilməsi xərclərinin (+ 2,4%) payına düşüb.

Xərclərin  67 milyon 747,2 min manatı (+17,4%) və ya 34,3%-i əmək haqqının ödənilməsinə sərf olunub. Sığorta şirkətlərinin əməliyyat xərcləri  9 milyon 565,6 min manat (-42,2%), sosial ayırmalar 10 milyon  924 min  manat  (+13,8%) manat, icarə ödənişləri 6 milyon 429,9 min manat (+4,3%) təşkil edib.

Bundan əlavə, sığorta sektoru reklamlara 4 milyon 555,7 min manat (+37,3%) xərcləyib.

2020-ci ildə Azərbaycanda sığorta və təkrar sığorta şirkətləri agentlərə komissiyaların ödənilməsinə 53,072 milyon manat xərcləyib (2019-cu illə müqayisədə bu göstərici  14,4% azalıb).
 
Ümumilikdə, agent komissiyaları 2020-ci ildə sığorta və təkrarsığorta şirkətlərinin xərclərinin 27,3%-ni təşkil edib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol