• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Azərbaycan Rusiyadan ən çox un alan ölkələrdən biridir

Azərbaycan Rusiyadan ən çox un alan  ölkələrdən  biridir
11.05.2022 19:49
Rusiya Federasiyası 2021-ci ilin iyulundan 2022-ci ilin martına qədər təxminən 259 min ton un ixrac edib ki, bu da bir il əvvəlkindən 1,7 dəfə çoxdur, bu barədə Taxıl İxracatçıları İttifaqı məlumat verib.  

İxracın çox hissəsi bu ilin fevral və martına təsadüf edib. Belə ki, fevralda Rusiyanın un ixracı  56,5 min ton və martda isə 47,6 min tons düşüb. Bir il əvvəl ixrac müvafiq olaraq 8,89 min və 19,9 min ton təşkil edib.

Gürcüstan, Əfqanıstan və İraq Rusiya ununun ən böyük idxalçıları olub. Türkiyə, Azərbaycan, Çin, Türkmənistan, Moldova, İsrail, Koreya Respublikası, Misir, Mali  də Rusiya ununun aktiv alıcıları arasındadır.

Taxıl İxracatçıları İttifaqının İdarə Heyətinin sədri Eduard Zernin bildirib ki,  son vaxtlar dünya bazarında Rusiya ununa maraq artmaqdadır.
 
"Bu yaxınlarda, məsələn, Liviyanın 100 min tonluq sınaq partiyası almağı  planlaşdırdığı xəbəri yayıldı. Bu ciddi həcmdir.  Düşünürəm ki, Mərkəzi Federal Dairə və Sibirdən daşınmalar əhəmiyyətli dərəcədə kiçik partiyalar olacaq", - o əlavə edib.
 
O, həmçinin bildirib ki, digər ölkələr də Rusiya bazarının imkanlarını çonitorinq edib. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol