BP bu ilin 4 ayında 7 milyon ton neft hasil edib

2022-ci ilin yanvar-aprelində BP şirkətinin operatorluğu ilə istismar olunan Azərbaycanın ən iri neft yataqları olan "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağında neft hasilatı 7 milyon ton təşkil edib. Bu barədə Azərbaycanın Energetika Nazirliyi məlumat yayıb.
"Bu ilin əvvəlindən Azərbaycanda kondensatla birlikdə ümumi neft hasilatı 11,1 milyon ton təşkil edib. Bunun 7 milyon tonu "Azəri-Çıraq-Günəşli" iri neft yataqlarının 2,6 milyon tonu isə Azərbaycan Dövlət Neft şirkətinin payına düşüb. Hasil edilən neftin qalan hissəsini qaz kondensatı təşkil edib”, - Energetika Nazirliyinin məlumatında deyilir.
Energetika Nazirliyinin məlumatına görə, 2022-ci ilin yanvar-aprelındə Azərbaycan neft və qaz kondensatının ixracını ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 milyon tondan 9 milyon tona kimi azaldıb. İxracın böyük hissəsi, yəni 8,5 milyon tonu xarici ölkələrin neft şirkətləri konsorsiumunun payına düşüb, dövlət neft şirkətinin ixracı isə 448.000 ton təşkil edib.
2022-ci ilin yanvar-aprelində Azərbaycan qazının Avropaya ixracı 3,5 milyard kubmetr, Türkiyəyə 2,9 milyard kubmetr, Gürcüstana 1,2 milyard kubmetr təşkil edib.
2022-ci ilin yanvar-aprelində Azərbaycan qaz hasilatını bir il əvvəlki 13,7 milyard kubmetrdən 15,7 milyard kubmetrə, qaz ixracını isə 17,4 faiz və ya 7,6 milyard kubmetrədək artırıb.
Qaz hasilatının böyük hissəsi BP tərəfindən işlənən "Şahdəniz” yatağından hasil edilib və 8,5 milyard kubmetr təşkil edib. Bu ilin dörd ayında SOCAR-ın hasilatı 2,6 milyard kubmetr, "Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən səmt qazının həcmi isə 4,6 milyard kubmetr təşkil edib.
2022-ci ilin dörd ayında Azərbaycan qazının TANAP vasitəsilə Türkiyəyə ixracı 2 milyard kubmetrə yaxın olub. Türkiyə TANAP-dan əlavə Bakı-Tbilisi Ərzurum boru kəməri ilə də Azərbaycanı qaz alır. Bu qazın həcmi 1 milyard kubmetrə yaxın təşkil edib.
N.Təbrizli
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 