• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Azərbaycanın sənaye zonalarında istehsal artıb

Azərbaycanın sənaye zonalarında  istehsal  artıb
12.05.2022 17:55
Azərbaycanın sənaye zonalarında  istehsal 2022-ciilin birinci rübündə  83%, ixrac isə 2,7 dəfə artıb.

2022-ci ilin yanvar-martında  Azərbaycanın sənaye zonalarında istehsal olunmuş məhsulların həcmi 681 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə  82,6% çoxdur. 

Agentlik qeyd edir ki, ümumi satışdan 318 milyon manat (+2,7 dəfə) ixracın payına düşüb.

Hesabat dövründə iqtisadiyyatın qeyri-neft sektorunun istehsalının ümumi həcmində Azərbaycanın sənaye zonalarında istehsal olunmuş məhsulların xüsusi çəkisi 14,8 faiz, ixracda isə 36,3 faiz təşkil edib.

"Bu gün sənaye zonalarında 101 sahibkarlıq subyekti rezident statusu alıb, onlardan 58-i fəaliyyətə başlayıb. Rezidentlərin investisiyaları 6,4 milyard manatı (indiki məzənnə ilə 3 milyard 764 milyon dollar) ötüb. Ümumilikdə sənaye zonaları və sənaye məhəllələrindəki müəssisələr tərəfindən 6,5 milyard manatlıq məhsul istehsal edilmiş, ondan 2,1 milyard manatlıq məhsul ixrac edilmişdir. Məhsullar 40 ölkəyə ixrac edilib”, - deyə agentlik vurğulayır.

Azərbaycanda 5 sənaye parkı (Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir, Qaradağ, Pirallahı və Balaxanı) və 4 sənaye məhəlləsi (Neftçala, Masallı, Hacıqabul, Sabirabad) var.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol