"Azəriqaz" 5 rayonda "Açıq Mikrofon" aksiyası keçirəcək

5 rayonda "Açıq Mikrofon" aksiyası keçiriləcək. Bu barədə SOCAR "Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
www.anews.az
Aksiyalar mayın 16-dan 20-ə kimi davam edəcək.Aksiya həftənin birinci günü Quba rayonunda (Quba şəhəri, H.Əliyev prospekti, Gənclər Parkı), ikinci günü Qusar rayonunda (Qusar şəhəri, H.Əliyev prospekti Rəsm Qalereyasının həyəti), 3-cü günü Sabirabad rayonunda (Sabirabad şəhəri, Olimpiya İdman Kompleksinin həyəti), 4-cü günü Şirvan rayonunda (Şirvan şəhəri, İstiqlaliyyət prospekti 10) və 5-ci günü isə Saatlı rayonunda (Saatlı şəhəri, H. Əliyev prospekti, Gənclər Mərkəzinin qarşısı) saat 11:00-dan 12:00-dək baş tutacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 