• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Bakı və Brüssel Azərbaycan qazının Avropaya nəqlinin artırılmasını müzakirə edib

Bakı və Brüssel Azərbaycan qazının Avropaya nəqlinin artırılmasını müzakirə edib
14.05.2022 11:42
Avropa Komissiyasının (AK) yüksək vəzifəli rəsmiləri və Azərbaycan hökumətinin nümayəndələri Azərbaycan qazının Avropaya nəqlinin artırılması imkanlarını müzakirə edib.

"Cənub Qaz Dəhlizinin genişləndirilməsi çərçivəsində cari əməkdaşlıq və Azərbaycan qazının Aİ-yə ixracının həcminin artırılması perspektivlərini müzakirə etmək məqsədilə iki ölkə nümayındələri arasında görüş  keçirilib", - AK-nin bəyanatında deyilir.

Danışıqlarda Avropa Komissiyasının energetika üzrə baş direktoru Kristina Lobillo Borrero və Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov iştirak edib.

"Avropa İittifaqı REPower EU planının prioritetlərinə uyğun olaraq enerji mənbələrinin şaxələndirilməsinə əsas töhfə kimi Xəzər regionundan boru kəmərləri ilə qaz idxalının artırılmasında güclü marağını və dəstəyini vurğulayır”, - məlumatda deyilir.

Avropa Komissarlığı  aydınlaşdırıb ki, görüşün məqsədi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə dəstək məqsədilə enerji sektorunda əməkdaşlığın davam etdirilməsi və gücləndirilməsidir.

Hesabatda qeyd olunur ki, qlobal enerji problemlərinin kəskinləşməsi kontekstində Aİ və Azərbaycan arasında sabit ikitərəfli enerji əlaqələri və əməkdaşlıq rəqabətə davamlı, şaxələndirilmiş və etibarlı qaz idxalını şərtləndirən əsas amildir.

"Aİ REPowerEU planının prioritetlərinə uyğun olaraq etibarlı qaz tədarükünün vacibliyini vurğulayıb və əsas enerji səmərəliliyi tədbirlərini və iqlim neytral Avropa üçün hidrogen strategiyasını təqdim edib", - bəyanatda deyilir. 

 2020-ci il dekabrın 30-da Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz nəql etməyə başlayıb. Hazırda Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan və Bolqarıstandır. 2021-ci ildə ixracın həcmi 8,2 milyard kubmetr, 2022-ci ildə isə  - 10 milyard kubmetrdən çox nəzərdə tutulub.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
İqtisadiyyat 16:08
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
İqtisadiyyat 16:30
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
İqtisadiyyat 15:34
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib  – KazMunayQaz
İqtisadiyyat 19:10
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib – KazMunayQaz
Bəzi hərbçilərin maaşları 10% artırılıb
İqtisadiyyat 17:18
Bəzi hərbçilərin maaşları 10% artırılıb
BP
İqtisadiyyat 18:37
BP "Şahdəniz" yatağında yeni platforma tikmək niyyətindədir
İqtisadiyyat 18:16
"Şəfəq" GES ilə bağlı investisiya qərarı bu il veriləcək - BP
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
İqtisadiyyat 12:29
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
İqtisadiyyat 11:28
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol