Azərbaycan birinci rübdə benzin idxalını 10 dəfə artırıb

Azərbaycan 2022-ci ilin birinci rübündə 50.442,61 ton Aİ-92 markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 dəfə çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Bu ilin 3 ayında idxal edilən Aİ-92 markalı benzinin dəyəri isə 52 milyon 389,94 min dollar (+21,9 dəfə) təşkil edib.
Eyni zamanda, Aİ-92 markalı avtomobil benzininin ümumi idxalının 85,3%-i və ya 43.12,19 tonu Rusiya benzininin payına düşür. Qalan 7.430,42 ton benzin isə Türkmənistandan idxal edilib.
2022-ci ilin birinci rübündə idxal edilən benzin əsasən fevral və martda alınıb.
Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə 2022-ci il fevralın 1-dən 2022-ci il iyunun 1-dək Aİ-95 və Aİ-92 markalı avtomobil benzinlərinin Azərbaycana idxalına görə gömrük rüsumları 15%-dən sıfıra endirilib.
Azərbaycanda Aİ-92 markalı benzinin idxalının artması Azərbaycanda bu neft məhsulunun yeganə istehsalşısı olan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun planlı təmirə bağlanması olub. Bu zavod 40 günlük təmirdən sonra mayın 16-da yenidən istismara verilib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 