• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Azərbaycanın xurma ixracının 89% Rusiyanın payına düşüb

Azərbaycanın xurma ixracının 89% Rusiyanın payına düşüb
16.05.2022 15:42
Azərbaycan 2022-ci ilin birinci rübündə 39 min tona yaxın xurma ixrac edib , tədarükün 89 faizi Rusiya Federasiyasının payına düşüb.

Azərbaycan 2022-ci ilin birinci rübündə 38.884 ton təzə xurma ixrac edib ki, bu da 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 8,2% azdır. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.  

İxrac edilən xurmanın dəyəri 29 milyon 533,91 min dollar (-7,3%) təşkil edib. İxrac edilən xurmanın  89% Rusiyaya göndərilib. 

Rusiya Azərbaycandan xurma ixracının əsas bazarı olaraq qalır. 2022-ci ilin yanvar-martında Rusiya Federasiyasına 28 milyon 457,38 min dollar məbləğində 34,606 min ton təzə xurma (-8,1%) ixrac edilib. 

Azərbaycan 2021-ci ildə 125 milyon 895,03 min dollar dəyərində 174,158 min ton təzə xurma ixrac edib. 

Bu məhsulların əsas ixracı Rusiyanın payına düşüb. 2021-ci ildə Rusiya Federasiyasına 117 milyon 123,66 min dollar məbləğində 142,89 min ton təzə xurma göndərilib. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol