Azərbaycan İtaliyaya qaz ixracını 5 dəfə artırıb

2022-ci ilin birinci rübündə Azərbaycandan gömrükdə bəyan edilmiş qaz ixracı 5,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 7,8% azdır.
Azərbaycan qazını ixracından daxilolmalar 3,5 milyard dollar təşkil edib ki, bu da ötən ilin göstəricisindən 4 dəfə çoxdur. Hesabat dövründə qaz ixracı Azərbaycanın ümumi ixracının 43,4%-i təşkil edib.
Komitənin məlumatına görə, 2022-ci ilin birinci rübündə ən çox qaz Türkiyəyə ixrac edilib. Belə ki, Türkiyəyə 2,2 milyard kubmetr qaz gedib ki, buda ümumi qaz ixracının 38,6%-i deməkdir.
Dövlət Gömrük Komitəsi ixracın statistikasını bəyannamə əsasında aparır. Satılan qazla bağlı bəyannamə onun boru kəmərinə ə vurulduğu vaxt deyil, faktiki satışdan sonra verilir.
Azərbaycan Energetika Nazirliyinin proqnozlarına görə, 2022-ci ildə Azərbaycan qazının ixracı 10 milyard kubmetri ötəcək.
2021-ci ildə Azərbaycan Avropaya 19,2 milyard kubmetr, o cümlədən 8 milyard kubmetrdən çox qaz ixrac edib.
Azərbaycan qazının TAP qaz kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Bundan əlavə, Azərbaycan qazı Türkiyəyə (TANAP qaz kəmərləri və Cənubi Qafqaz Boru Kəməri, SKTM) və Gürcüstana (SKTM və Qazıməhəmməd-Qazax qaz kəməri ilə) ixrac edilir.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 