• $
  • £

Romadan rus mədəniyyətinə DƏSTƏK

Romadan rus mədəniyyətinə DƏSTƏK
16.05.2022 21:55
Romanın Santi-Apostoli meydanında rus mədəniyyətinə münasibətdə ayrı-seçkiliyə qarşı mitinq keçirilib. Bu barədə xarici KİV məlumat yayıb.

Aksiya 2014-cü ildən İtaliya və Rusiya arasında mədəni əlaqələri inkişaf etdirən və möhkəmləndirən "Böyük Rusiyanın dostları” assosiasiyası tərəfindən təşkil olunub.

"Biz İtaliyada mədəniyyətimizə qarşı göstərilən münasibəti gördük. Dostoyevski ilə bağı mühazirələrin ləğvinə cəhd, Neapolda Çaykovskinin baletinin ləğv edilməsi, bu kimi bir çox nümunələr oldu. Yəni dünyanın bir parçası olan mədəniyyətimizə təcavüz olunmağa başlanıldı. Mədəniyyətin dəri rəngi, dili, sərhədləri yoxdur, o, bütün dünyaya aiddir”,  aksiyanın təşkilatçılarından biri Yuliya Bazarova deyib.

Mitinq iştirakçıları çıxışlarında Rusiya mədəniyyətinə qarşı məhdudiyyət və təzyiqləri pisləyiblər.

Fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayandan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar siyasət və iqtisadiyyatdan sonra mədəniyyət sahəsinə də keçib.

İtaliyada rus alim və mədəniyyət nümayəndələrinin işdən çıxarılması halları baş verib. "La Skala” opera teatrı Rusiya Xalq artisti, dirijor Valeri Gergiyevi səhnədən uzaqlaşdırıb. Mayın 17-dən 28-dək Fransanın Lazur sahilində keçiriləcək Beynəlxalq Kann Film Festivalına da Rusiya nümayəndə heyəti buraxılmayacaq. Amerika kinostudiyaları da Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyada filmlərin yayımını ləğv edib. "Sony Pictures” də Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyada gözlənilən teatr premyeralarını dayandırıb. Amerikanın Metropoliten-opera teatrı opera ifaçısı Anna Netrebkonu səhnədən uzaqlaşdırıb.
 
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Dünya 12:12
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Dünya 16:17
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Paşinyan Putin  Aİİ gündəmini müzakirə ediblər
Dünya 13:52
Paşinyan Putin Aİİ gündəmini müzakirə ediblər
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Dünya 16:36
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Dünya 15:07
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Dünya 16:00
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Dünya 15:11
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Dünya 12:23
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox