Neft-qaz sahəsinə yatırılmış investisiyaların həcmi azalıb

2022-ci ilin 4 ayında Azərbaycanda neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 29,9% azalıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
www.anews.az
Qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 17,9% artıb.
2022-ci ilin yanvar-aprelində əsas kapitala 3678,0 milyon manat məbləğində vəsait yönəldilib. Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3% azdır. İstifadə olunmuş vəsaitin 2077,5 milyon manatı və ya 56,5 %-i məhsul istehsalı sahələrinə, 1370,3 milyon manatı xidmət sahələrinə, 230,2 milyon manatı isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 2689,6 milyon manatını və ya 73,1%-ni daxili vəsaitlər təşkil edib.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 2725,4 milyon manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,8%, büdcə vəsaitləri 34,0%, əhalinin şəxsi vəsaitləri 7,4%, sair vəsaitlər 4,2%, bank kreditləri isə 1,6% təşkil edib.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər