Azərbaycan Mərkəzi Bankının zərəri 200 milyon manatı ötüb

Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci ildə aktivləri 3,6% artaraq 26,4 milyard manat təşkil edib. Bu barədə AMB məlumat verib.
Mərkəzi Bankın maliyyə hesabatlarına əsasən, bankın aktivlərinin strukturunda 31 dekabr 2021-ci il tarixinə nağd pul vəsaitlərinin həcmi 6,8 milyard manat təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 21,8% çoxdur.
Borc qiymətli kağızları 17,4 milyard manat və ya 2020-ci ilin göstəricisindən 6,6 faiz az qiymətləndirilir.
2022-ci il yanvarın 1-nə Mərkəzi Bankın rezident banklara verdiyi kreditlərin həcmi 356,281 milyon manat (-10,8%), qalan hissəsi isə digər aktiv maddələrinin payına düşür.
2021-ci ilin sonuna AMB-nin öhdəlikləri 25 milyard 240,38 milyon manat (artım 5,8%) təşkil edir.
AMB-nin öhdəliklərinin strukturunda 2021-ci ildə tədavüldə olan əskinas və sikkələrin nominal üzrə həcmi 4% artaraq 12,3 milyard manat təşkil edib.
Bununla yanaşı, Mərkəzi Bankın dövlət orqanlarına 4,4 milyard manat (-18,6%), kredit təşkilatlarına isə 7,4 milyard manat (2,3 dəfə çox) borcu var.
AMB-nin 2021-ci ildə nizamnamə kapitalı dəyişməyib və 500 milyon manat olub. Eyni zamanda, bu ilin əvvəlinə AMB-nin kapitalı 1,2 milyard manat (-27,9%) olub.
AMB-nin 2021-ci ildə xalis zərəri 2020-ci ildəki 45,525 milyon manat xalis mənfəətə qarşı 201,724 milyon manat təşkil edib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər