“Azərbaycan Sənaye Korporasiyası”nda YENİ TƏYİNAT

Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Maliyyə departamentinin direktor müavini Sənubər Əliyeva quruma baş mühasib təyin edilib.
O, 2022-ci il mayın 13-dən Maliyyə departamentinin direktor müavini vəzifəsinə təyin olunub. Hazırda bu departamentə Rövşən Məmmədov direktorluq edir.
Sənubər Əliyeva 11 noyabr 1969-cu ildə Yevlax da anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili” fakültəsini bitirib. 1994-cü ildə 9 saylı Dəmir Beton zavodunda baş mühasib, 2007-2017-ci illərdə isə "Azərelektrik Şəbəkə Tikinti” ASC-də baş mühasib vəzifəsində çalışıb. 18 dekabr 2017-ci ildə "Azərbaycan Sənaye Korporasiyası” ASC Maliyyə departamentində "Mühasibat uçotu” şöbəsinin şöbə müdiri və Korporasiyanın baş mühasibi vəzifəsinə təyin edilmişdi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər