Azərbaycan-Rusiya ticarət dövriyyəsi 6% artıb

2022-ci ilin ilk 4 ayında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 893 milyon 466,71 min ABŞ dolları təşkil edib ki, bu da bir il əvvəlkindən 6,4% çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilibi.
2022-ci ilin birinci rübünün yekunlarına görə, ticarətdə artım 7,9% təşkil edirdi.
Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi apreldə 262 milyon 93,62 min dollar təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-apreində Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 5,63%-ni Rusiya ilə ticarət əməliyyatları təşkil edib.
Azərbaycan məhsullarının Rusiya Federasiyasına ixracı 198 milyon 866,72 min dollar (+0,6%) olub. Bu ilin birinci rübünün yekunlarına görə, Rusiya Federasiyasına ixracın artımı 14,7% təşkil edib. Ümumilikdə Rusiyaya ixracın 1,68% Azərbaycanın payına düşüb.
Apreldə Azərbaycandan Rusiyaya ixrac 43 milyon 685,77 min dollar təşkil edib.
Yanvar-apreldə Azərbaycana Rusiya məhsullarının idxalı 694 milyon 579,99 min dollar (+8,2%) olub. . Birinci rübün yekunlarına görə, Azərbaycana idxal 5,8% artıb. Azərbaycana mal idxalının ümumi həcmində Rusiyadan idxalın payı 17,19 faiz təşkil edib.
Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ilin ilk 4 ayında Azərbaycanın Rusiya Federasiyası ilə ixrac-idxal münasibətlərində mənfi saldosu 495 milyon 713,27 min dollar təşkil edib.
Əvvəllər məlumat verildiyi kimi, 2021-ci ildə Azərbaycan-Rusiya ticarət dövriyyəsi 2 milyard 995 milyon 131,31 min dollar təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 12,1% çoxdur.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər