• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

İtaliya Rusiya qazından yalnız 2024-cü ilin ikinci yarısında imtina edə biləcək

İtaliya Rusiya qazından yalnız 2024-cü ilin ikinci yarısında imtina edə biləcək
19.05.2022 22:49
İtaliya çox güman ki, 2024-cü ilin ikinci yarısına qədər Rusiya qazını almaqda davam edəcək. Bunu İtaliyanın baş naziri Mario Draghi cümə axşamı bildirib. 

"Hökumətin hesablamaları göstərir ki, biz 2024-cü ilin ikinci yarısında Rusiya qazından müstəqil ola biləcəyik", -  baş nazir İtaliya parlamentinin yuxarı palatası qarşısında çıxışında bildirib. 

O, İtaliyanın Rusiya qazından tədricən çıxmasının effektinin 2022-ci ilin sonunda görünəcəyini də əlavə edib. 

İtaliyanın idxal etdiyi qazın 40%-i Rusiya Federasiyasından gəlir. Bununla belə, Roma Rusiya qazından asılılığını azaltmaq üçün Əlcəzair, Anqola və Konqo Respublikası ilə bu ölkələrdən qaz idxalını artırmaq üçün razılaşmalar əldə edib.

İtaliya Qazprom-un Almaniya və Türkiyədən sonra üçüncü ən böyük ixrac bazarıdır.
 
Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2021-ci ildə İtaliya  Rusiyadan 18,445 milyard kubmetr qaz alıb. 
 
İtaliya həmçinin TAP kəməri ilə Azərbaycandan da qaz alır. Hazırda kəmərin gücü 10 milyard kubmetrdir. Amma onu 20 milyard kubmetrə qədər artırmaq olar. 
 
Azərbaycan energetika nazirinin müavini Elçin Sultanovun sözlərinə görə, Azərbaycan Avropaya daha 10 milyard kubmetr qaz ixrac edə  bilər. Amma bunun üçün kəmərin gücü  layihə gücünə çatdırılmalıdır. Bu isə müəyyən əlavə qurğuların tikintisini tələb edir.
 
N.Təbrizli 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol