Lənkəranda “KOB Fest” sərgi satış yarmarkası keçiriləcək

Növbəti "KOB Fest” sərgi-satış yarmarkası mayın 22-də Lənkəran şəhərində təşkil olunacaq.
"Report”un İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən verdiyi məlumata görə, agentlik Lənkəran şəhərinin sakinlərini və qonaqlarını "KOB Fest”ə dəvət edir.
Festival ərzində sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi üçün ikitərəfli görüşlər keçiriləcək və mədəni-əyləncəli proqram təşkil ediləcək.
"KOB Fest”in təşkilində məqsəd Lənkəran və ətraf rayonların KOB subyektləri tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 