ABŞ Çini təhdid etdi
Çin Tayvana hücum edərsə, bu addımına görə hərbi yolla cavab verəcək. Bu barədə ABŞ prezidenti Co Bayden Tokiodakı Akasaka sarayında, Yaponiyanın baş naziri Kişida Fumio ilə birgə keçirdiyi mətbuat konfransı zamanı deyib.
Çin ilə Amerika Birləşmiş Ştatları arasındakı gərginliyi artıracaq açıqlamalar verən Co Bayden, Çinin Tayvana hücum edəcəyi təqdirdə, onların bu addımına hərbi yolla cavab verəcəklərini bildirib.
"Siz bəlli səbəblərə görə Ukrayna münaqişəsinə hərbi müdaxilə etmək istəmədiniz. Əgər söhbət belə gedirsə, Tayvanı müdafiə etmək üçün hərbi müdaxilə etməyə hazırsınızmı?" sualına "bəli” cavabını verən Bayden, daha əvvəl də bu istiqamətdə öhdəlik götürdüklərini bildirib.
Çin Xarici İşlər Nazirliyinin əməkdaşı Vanqın isə Co Baydenə "ABŞ, Çin xalqının suverenliyini və ərazi bütövlüyünü qorumaq istəyinə, hörmətlə yanaşmalıdır” cavabını verib.

"Biz, ABŞ-ı Çin ilə nəzərdə tutduğu siyasətə sadiq qalmağa, ABŞ və Çinin üç birgə bəyannaməsinə, Tayvanın müstəqilliyinə dəstək verməmək öhdəliyinə əməl etməyə, Tayvanda separatçı qüvvələri şirnikləşdirib, ikitərəfli münasibətlərə xələl gətirməməyə çağırırıq”,- o bildirib.
Tayvan adası 1895-ci ildən 1945-ci ilədək Yaponiya imperiyasının tərkibində olub.
İkinci dünya müharibəsi zamanı Yaponiyanın məğlubiyyətindən sonra ada Çin Respublikasının tərkibinə daxil edilib.
Cavanşir Qasımov
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox