Londonda yeni metro xətti istifadəyə verilib
Böyük Britaniyanın paytaxtı Londonda yerüstü və yeraltı dəmir yolu rabitəsi sisteminə inteqrasiya olunmuş "Crossrail” dəmir yolu nəqliyyatının yeni istiqaməti açılıb.Bu barədə TASS xəbər verir.
İlkin mərhələdə qatarlar bazar günü istisna olmaqla, həftənin altı günü səhər saat 06:30-dan axşam 23:00-dək hərəkət edəcək.
Hazırkı Böyük Britaniya monarxının adını daşıyan "Yelizavet” xəttinin açılışı taxta çıxmasının 70 illiyi münasibətilə keçiriləcək genişmiqyaslı milli bayramlara təsadüf edir.
İnşasına 2009-cu ildə başlanılan layihə 19 milyard funt-sterlinqə (23,7 milyard ABŞ dolları) başa gəlib. "Crossrail”in yaradılması prosesinə ümumilikdə 75 minə yaxın insan cəlb olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər