• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

ABB Şamaxı filialı və “Azəriqaz” şöbəsini də yenilədi

ABB Şamaxı filialı və “Azəriqaz” şöbəsini də yenilədi
24.05.2022 16:44
ABB-nin xidmət ofislərinin Bankın yeni inkişaf konseptinə uyğun qurulması davam etdirilir. Bankın Şamaxı filialı və "Azəriqaz” şöbəsi də yeni konseptdə müştərilərin istifadəsinə verilib. Şamaxı filialı Şamaxı şəhəri, Heydər Əliyev prospekti - 51 ünvanında, yeni inşa edilmiş binada xidmət göstərir. "Azəriqaz” şöbəsi isə Bakı şəhəri, Yusif Səfərov küçəsi – 23 ünvanında fəaliyyətdədir.
 
Şamaxı filialı və "Azəriqaz” şöbəsində müştərilərə ən yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb. Xidmət ofislərinin profilindən asılı olaraq fərdi və korporativ müştərilər müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi çeşidli xidmətlərdən faydalana bilərlər. 

ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev bildirib: "ABB xidmət ofislərini yeni brend kimliyinə uyğunlaşdırmaqla, müştərilərə daha rahat və əlçatan bank məhsulları və xidmətləri təklif etməyə çalışır. Bu istiqamətdə apardığımız fəaliyyət ilk növbədə üst səviyyədə müştəri məmnuniyyətinə nail olmağı və təmsil olunduğumuz yerlərin inkişafına töhfə verməyi hədəfləyir. Bu il ərzində yenilənmiş konsepsiyaya uyğun daha bir neçə filialımızın müştərilərin istifadəsinə verilməsi nəzərdə tutulub”.   

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol