Beynəlxalq Əfv Təşkilatı: İranda edamların sayı artıb
Beynəlxalq Əfv Təşkilatının hesabatına görə, 2021-ci ildə həyata keçirilmiş edamların sayı 2020-ci illə müqayisədə 20% artıb. Qurumun mayın 24-də yayılan illik hesabatında qeyd olunub ki, edamların artma səbəbi İranda ölüm hökmlərinin artması ilə əlaqədardır. Çünki bu ölkədə 2021-ci ildə icra edilən edam hökmləri bütün dünyadakı ölüm hökmlərinin 54%-ni təşkil edib.
Hesabatda o da vurğulanıb ki, 2021-ci ildə dünyanın 18 müxtəlif ölkəsində ən azı 579 edam hökmü icra edilib ki, onun da ən azı 314-ü İranda qeydə alınıb. Məlumatda sonda əlavə edilib ki, İranda gerçək edam sayının müxtəlif təşkilatlar tərəfindən araşdırılan bu rəqəmlərdən dəfələrlə çox olduğu ehtimal olunur.
Amnesty International-ın məlumatına görə, 2021-ci ildə İranda edamların sayı 246 faktın qeydə alındığı əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artıb və ümumilikdə 2017-ci ildən bəri yeni rekorda çatıb.
Gülnar
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər