Sepah komandanı: "İranın 4 min məmur övladı xarici ölkələrdə yaşayır"
Sepahın Quru Əməliyyatları İdarəsinin rəisi Murtuza Miriyan "Sabahın xeyir, İran" televiziya proqramında çıxışı zamanı 4 min məmur övladının xarici ölkələrdə yaşadığını etiraf edib.
O, həmin yüksək vəzifəli dövlət rəsmilərinin övladlarının Amerika, Kanada və Avropa ölkələrində yaşadığını deyib.
İranın dövlət rəsmilərinin əksəriyyətinin övladları və yaxın qohumları düşmən adlandırdıqları Amerikada və digər Qərb ölkələrində yaşayırlar.
Tez- tez mətbuatda həmin məmur övladlarının açıq-saçıq geyimləri, qeyri-islami yaşayışları və lüks həyatları ilə bağlı məlumat və görüntülər yayılır.
Sadə İran vətəndaşları isə rejimin ikiüzlü siyasətini tənqid edərək onlara övladlarını yaşamaq üçün düşmən adlandırdıqları Qərb və Amerikaya deyil, Kərbəla və Nəcəf kimi dini şəhərlərə göndərməyi məsləhət görürlər. (Azadiran)
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər