• $ 1.7
  • € 1.9767
  • ₽ 0.021982
  • ₺ 0.0399
  • £ 2.2619

BƏƏ 2020-ci ildən bəri ilk dəfə Avropaya 1 milyon barel neft göndərib

BƏƏ 2020-ci ildən bəri ilk dəfə  Avropaya 1 milyon barel neft göndərib
25.05.2022 14:37
Birləşmiş Ərəb Əmirlikləri 2020-ci ildən bəri ilk dəfə "Moskva Spirit" tankerində Avropaya 1 milyon barrel neft göndərib. Bu barədə Bloomberg məlumat yayıb.

Qeyd olunur ki, tanker Hollandiyaya, daha doğrusu Rotterdama doğru gedir.

Agentliyin məlumatına görə, tanker TotalEnergies tərəfindən icarəyə götürülüb. Əmirlik nefti bu şirkətin daha bir supertankerindədir. Ehtimal olunur ki, bir sıra ölkələrin Rusiya neftindən imtina etməsi səbəbindən bu yük Avropaya çata bilər.


Avropa İttifaqında Rusiyaya qarşı neft embarqosunun tətbiqi mayın əvvəlindən aktiv şəkildə müzakirə olunsa da, indiyədək bu məsələ ilə bağlı dialoq konsensusa gətirib çıxarmayıb. Xüsusilə, Macarıstan müvafiq qadağanı əngəlləyir, keçid dövrünün uzadılmasında və ya ölkənin məhdudiyyətlərdən çıxarılmasında israrlıdır. Eyni zamanda, təkcə Budapeşt deyil, bir sıra digər dövlətlər, o cümlədən Bolqarıstan da Rusiya neftindən tamamilə imtina etməyə hazır deyil.

Bir gün əvvəl Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen Rusiya neftinin alınmasından təcili imtinaya qarşı çıxıb.

Onun sözlərinə görə, Brüssel Rusiyadan neftdən "tamamilə və dərhal” imtina edərsə, Rusiya prezidenti Vladimir Putin "yəqin ki, Avropa İttifaqına satmadığı nefti qiymətlərin artacağı dünya bazarına köçürə və qiymətləri artıra bilər. 
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin iranlı həmkarı ilə görüşüb
Dünya 16:22
Putin iranlı həmkarı ilə görüşüb
Yaponiyanın şimal-şərqində 6,7 bal gücündə zəlzələ - sunamı xəbərdarlığı verilib
Dünya 11:39
Yaponiyanın şimal-şərqində 6,7 bal gücündə zəlzələ - sunamı xəbərdarlığı verilib
Ərdoğan Aşqabadda Qurbanqulu Berdiməhəmmədovla görüşüb
Dünya 23:08
Ərdoğan Aşqabadda Qurbanqulu Berdiməhəmmədovla görüşüb
Tramp və Modi ikitərəfli münasibətləri müzakirə ediblər
Dünya 20:37
Tramp və Modi ikitərəfli münasibətləri müzakirə ediblər
Ərdoğan Türkmənistana gedib
Dünya 18:33
Ərdoğan Türkmənistana gedib
Paşinyan Rusiyaya gedir
Dünya 10:09
Paşinyan Rusiyaya gedir
Tramp Ukraynada seçkilərin keçirilməməsindən narahatdır
Dünya 09:49
Tramp Ukraynada seçkilərin keçirilməməsindən narahatdır
Britaniyada bu tarixdən uçan taksilər istifadəyə veriləcək
Dünya 00:10
Britaniyada bu tarixdən uçan taksilər istifadəyə veriləcək
FED faiz dərəcələrini yenidən endirib
Dünya 23:48
FED faiz dərəcələrini yenidən endirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol