• $ 1.7
  • € 1.94
  • ₽ 0.021438
  • ₺ 0.0432
  • £ 2.3031

"Respublika günü"nün adı niyə dəyişdirildi?

28.05.2022 23:16
"Müstəqillik Günü haqqında” qanunda Azərbaycanda 28 May - Müstəqillik Günü və 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.  Qərar Milli Məclisin oktyabrın 15-də keçirilən iclasında "Müstəqillik Günü haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Layihəyə görə, mayın 28-də qeyd olunan Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, oktyabrın 18-də qeyd olunan Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.
 
Qərarın qəbul edilməsi cəmiyyətdə birmənalı qarşılanmır. Bəziləri bu təklifin respublikadan imtina cəhdi kimi dəyərləndirir.
 
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirir ki, 28 mayın Müstəqillik günü, 18 oktyabrın isə Müstəqilliyin bərpası günü kimi qeyd olunması məntiqi və tarixi qanunauyğunluqdur.
 
"Biz ötən ilə qədər 18 oktyabrı Müstəqillik günü kimi qeyd edirdik. Bu isə o demək idi ki, biz ilk dəfə məhz bu tarixdə, yəni 1991-ci ilin 18 oktyabrında müstəqillik əldə etmişik. Yaxşı, belədirsə bəs konstitusiyamızda istinad etdiyimiz varislik? Bəs 1918-20-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti? Təbii ki, bu suallar hər şeyə aydınlıq gətirir. Bilirsiniz ki, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının 2-ci maddəsində qeyd edilir ki,  Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir. Konstitusiyaya  nəzər salsaq, Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsiplərini əsas götürürür"- deputat bildirib.
 
Deputat  əlavə edir ki, Respublika günü məsələsində dövlətin müstəqillik və suverenliyi ilə müqayisədə dövlətin idarəçilik forması ikinci dərəcəli məsələdir. 

"İndi aydındır ki, biz müstəqilliyi ilk dəfə 1918-ci ildə əldə etmiş, sonra itirmişik, 1991-ci ildə isə itirilmiş müstəqilliyi bərpa etmişik. Təbii ki, biz respublika ənənələrindən imtina etmirik, bu idarəetmə formasının əhəmiyyətini danmırıq, elə "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında Xalq Cumhuriyyətinin varisi olduğumuzu bəyan etməklə Respublika ənənələrinə münasibətimizi tam şəkildə ifadə etmişik'',- deputat əlavə edib.  
 
Qüvvədə olan Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, 28 may – Respublika Günü iş günü hesab edilməyən, 18 oktyabr – Dövlət Müstəqilliyi günü isə iş günü hesab edilən bayram günləri olub.
 
Milli Məclisin deputatı Elman Nəsirli düşünür ki, bu qanunun qəbul edilməsi çox vacibdir.
 
"Müstəqilliyimizin qəbul edilməsi ilə bağlı bir çox amillər var. Birincisi 28 Mayda qeyd edilməsi müstəqil dövlət olaraq tariximizin uzun bir vaxt olmasını göstərir. 1991- ci il oktyabrın 18-i müstəqilliyin bərpası ilə bağlı Konstitusiya aktı beynəlxaq ictimaiyyət üçün aydın olmur. Belə hesab edirlər ki, müstəqillik dövrü tariximiz 1991 ci ildən başlayıb. Ermənilər olmayan tarixini dünyaya car çəkirlər, ancaq biz mövcud olan tariximizi kiçildib və yaxud gizlətməliyik? Dünyanın bütün ölkələrində olduğu kimi, övlətin yarandığı gün onun  yaranma tarixi kimi qeyd olunur. Biz 70 il sonra yenidən öz müstəqilliyimizi bərpa etdik. Bu baxımdan 28 Mayı Müstəqillik Günü kimi qeyd edilməsi vacibdir. 18 oktyabrın saxlanılması ilə biz bir daha müstəqil tariximizin kəsildiyini sonradan yenidən bərpa edildiyini göstərmiş oluruq"- Nəsirli əlavə edib.
 
Siyasi şərhçisi Şahin Cəfərli isə hesab edir ki, bu qanun yanlışdır.
 
"28 May məhz Cumhuriyyət bayramıdır. Müstəqillik günü kimi adlandırılmasının yanlış hesab edirəm. Mayın 28-i Respublika Günü və Cümhuriyyət bayramı kimi adlandırılması daha doğru olardı. Çünki həmin tarixdə məhz demokratik və dünyavi Azərbaycan dövlətinin qurulduğu elan olunub
 

Qanun layihəsi qəbul olunduqdan sonra bayram günlərinin adları dəyişsə də, 28 mayın qeyri-iş, 18 oktyabrın iş günü olması dəyişmir.
 
Aytac Zeynalova



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyranbatanda itkin düşən şəxsin meyiti kanaldan tapılıb
Cəmiyyət 17:28
Ceyranbatanda itkin düşən şəxsin meyiti kanaldan tapılıb
Hava ilə bağlı XƏBƏRDARLIQ
Cəmiyyət 17:13
Hava ilə bağlı XƏBƏRDARLIQ
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 14:50
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
DSX-nin hərbçisi vəfat edib
Cəmiyyət 12:40
DSX-nin hərbçisi vəfat edib
Sabahın hava proqnozu
Cəmiyyət 12:15
Sabahın hava proqnozu
Qaxda yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 12:08
Qaxda yol qəzası baş verib, xəsarət alanlar var
Ağdamda elektrik dirəyinə çıxan gənc xilas edilib - Video
Cəmiyyət 10:43
Ağdamda elektrik dirəyinə çıxan gənc xilas edilib - Video
Çaylarda faktiki vəziyyət açıqlanıb
Cəmiyyət 10:26
Çaylarda faktiki vəziyyət açıqlanıb
Sabunçu bazarında yanğın olub - Video
Cəmiyyət 09:25
Sabunçu bazarında yanğın olub - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol