• $
  • £

İran Rusiyadan taxıl ALACAQ

İran Rusiyadan taxıl ALACAQ
26.05.2022 21:37
İran Rusiyadan taxıl idxal edəcək, bunu İran-Rusiya müştərək komissiyasının iranlı həmsədri, ölkənin neft naziri Cavad Oci deyib.

2022-ci ildə Rusiyadan İrana 5 milyon ton taxıl idxal edilməsi haqqında razılığa gəlinib.

İran və Rusiya arasında əldə olunan razılaşmaların əsas mövzularından biri milli valyutalardan istifadəni və ikitərəfli pul razılaşmalarını nəzərdə tutan pul və bank məsələləridir. Bu məsələləri həll etmək üçün iki ölkənin nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılıb.

Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqroeksport" federal mərkəzinin məlumatına görə, 2021-ci ildə Rusiyadan Türkiyəyə 2,4 mlrd. dollar dəyərində 9 mln. tondan çox taxıl tədarük edilib. Misir 1,6 mlrd. dollarlıq 5,7 mln. ton taxıl alıb ki, onun da əsas həcmi buğda təşkil edib.

Səudiyyə Ərəbistanı 452 mln. dollar dəyərində 1,7 mln. ton Rusiya buğdası idxal edib, dördüncü yerdə 305 mln. dollarla Azərbaycan və 254 mln. dollarla Nigeriya qərarlaşıb.

Rusiyanın taxıl məhsullarının ixracı ötən il fiziki ifadədə 12% azalaraq 43 mln. ton, dəyəri isə 12% artaraq 11 mlrd. dollar olub.

Buğda tədarükü 8,4% artaraq 8,9 mlrd. dollar, arpa 16% artaraq 1,3 mlrd. dollar, qarğıdalı 45% artaraq 1 mlrd. dollar təşkil edib. Bundan əlavə, qarabaşaq yarmasının ixracı 51%, yulafın ixracı 330%, çovdarın ixracı isə 1 180% artıb.

Ümumilikdə, Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracı 2021-ci ildə 21% artaraq 37,1 mlrd. dollar təşkil edib.
 
Rusiya hökuməti cari ilin iyunun 30-dək Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə taxıl ixracına, avqustun 31-dək isə Aİİ-dən kənar şəkər ixracına müvəqqəti qadağa qoyub.Bu barədə fərmanı Baş nazir Mixail Mişustin imzalayıb. Taxıl məhdudiyyətləri iyunun 30-dək, şəkər üçün isə 2022-ci il avqustun 31-dək qüvvədə olacaq. Qərar daxili ərzaq bazarını xarici məhdudiyyətlər qarşısında qorumaq üçün qəbul edilib.

Ləman Qasımova 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tehrandan beynəlxalq uçuşlar bərpa olunur
Dünya 09:00
Tehrandan beynəlxalq uçuşlar bərpa olunur
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Dünya 23:30
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Dünya 23:13
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
Dünya 22:35
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Dünya 22:30
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
Dünya 21:20
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
Dünya 19:46
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
İsrail ordusu Livan əhalisinə çağırış edib
Dünya 18:09
İsrail ordusu Livan əhalisinə çağırış edib
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol