• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

"​​​​​​​Azercell"in baş sponsorluğu ilə “TEKNOFEST Azərbaycan” festivalı keçirilir-FOTOLAR

27.05.2022 10:57
Lider operatorun "Rəqəmsal Yaşam Studiyası”nda ziyarətçiləri əyləncəli proqram və bol hədiyyələr gözləyir

Azərbaycanda ilk dəfə olaraq Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı və "Azercell Telekom” MMC-in baş sponsorluğu ilə "TEKNOFEST” Aerokosmik və Texnologiya festivalı keçirilir. Bu möhtəşəm tədbirdə Azercell,  həmçinin, xüsusi "Rəqəmsal Yaşam Studiyası” konsepsiyası ilə iştirak edir.

Azercell "TEKNOFEST” ziyarətçilərinə onları maraqlandıran və texnoloji tanış edən həllər, məhsul və yeniliklər təqdim edir. Şirkət "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini əsas tutaraq, "TEKNOFEST Azərbaycan" festivalındakı stendində həyatın müxtəlif sahələrində internetin rolunu əks etdirmək üçün öz Rəqəmsal Yaşam Studiyasında "Ağıllı şəhər” konsepsiyası, elektron mütaliə, əyləncə, sənət və digər mövzularda innovativ həllərə xüsusi yer verib. Əlavə olaraq, şirkətin stendində yer alan "Azercell Life və Azercell Akademiyası” guşəsi gənclərin təhsil və inkişafına imkan yaradan fərqli proqramlar haqqında ziyarətçiləri məlumatlandırır.

"TEKNOFEST Azərbaycan” özündə rəqəmsal məhsullar və xidmətlər sərgisi, texnologiya sahəsində müxtəlif yarışma və əyləncəli proqramları təqdim edir. Festival çərçivəsində 8 texnoloji müsabiqə və 3 beynəlxalq tədbirin keçirilməsi gözlənilir.

Sərgi pavilyonlarında Azərbaycan və Türkiyə Respublikalarının dövlət və özəl qurumlarının innovativ həllər və layihələri nümayiş olunmaqdadır. 2018-ci ildən etibarən Türkiyədə keçirilən ən böyük aviasiya, kosmos və texnologiya festivalının məqsədi gənclərə, tələbələrə, məktəblilərə, startaplara və sahibkarlara geniş fürsətlər yaratmaq, onların bilik və bacarıqlarının üzə çıxarılmasına yardımçı olmaqdan ibarətdir.
 









www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol